Uçuş heyəti və Dispatch qrupunun dispetçerləri ilə əlaqəli məsələlərin həllini tənzimləmək;
Uçuşların vaxtında uçuş planı ilə təmin edilməsinə nəzarət etmək və lazım olduqda onların tərtib edilməsinə yardım etmək;
Uçuş heyətini marşrut istiqamətinə uyğun olaraq aeronaviqasiya sənədləri ilə təmin etmək;
Aeronaviqasiya sənədlərinin və Elektron uçuş çantalarının vəziyyətinə nəzarət etmək, lazımı halda saxlanılmasını və yenilənməsini təmin etmək;
Operativ uçuş planı üzrə sənədləri çap edərək uçuş heyətlərinə təqdim etmək;
EFB avadanlığının, onun operativ sisteminin və yüklənmiş proqramların işlək vəziyyətdə saxlanılmasını tənzimləmək və müvafiq tələblərə uyğunluğuna nəzarət etmək;
Uçuş heyətlərinin EFB sistemi üzrə təlimatlandırılmasına yardım etmək;
Elektron sənəd kitabxanasına nəzarət və yardım etmək;
EFB sistemlərində müvafiq dəyişiklikləri etmək və onların vaxtında yerinə yetirilməsinə nəzərət etmək;
EFB sistemlərində yenilikləri izləmək və onların tətbiq edilməsini həyata keçirmək;
Boeing, Embraer, Airbus hava gəmilərinin proqram təminatının vaxtı-vaxtında tənzimlənməsini təmin etmək.
2 növbəli:
I növbə: 08.00-19.00
II növbə: 19.00-08.00
2 iş günündən sonra 2 istirahət günü
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Xüsusi tələblər
Təhsili/ixtisası: ali təhsil;
Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı;
Kompüter bilikləri: word – yaxşı, excel – yaxşı, Outlook – sərbəst.