İnsan resursları üzrə mütəxəssis

Bakı

Sirab ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

 • Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
 • Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
 • İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının elektron Hökumət portalında işlənilməsi;
 • Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
 • Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
İş vaxtının norması:
 • 09:00-18:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı:
 • Namizədin bilik və bacarığına uyğun olaraq

Xüsusi tələblər

• Minimum təhsil dərəcəsi: Bakalavr
 • Komputer bilikləri: MS Office - əla;
 • Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
 • Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
 • Kadr işinin təşkili, Əmas, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
 • İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.
Fərdi keyfiyyət göstəriciləri:
 • Keyfiyyət yönümlülük;
 • Diqqətlilik;
 • İntizamlılıq;
 • Yenilikçi və proaktiv yanaşma;
 • Məsuliyyətli.
Digər tələb və üstünlük göstəriciləri:
 • İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
 • İnsan resursları sahəsində yerli sertifikat.
Müraciət forması:
Uyğun olan namizədlər Cv- lərini mövzu yerinə "İnsan resursları üzrə mütəxəssis" yazmaqla [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Zaqatala

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 1100 AZN

 
  • Bakı, Masallı, İmişli, Şəmkir, Şəki, Gəncə

  • Razılaşma yolu ilə

Telegram kanalımız