Layihələrin idarəedilməsi üzrə qrup rəhbəri

Bakı

Azercosmos

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Layihə İdarəetmə Ofisinin inkişafına cavabdehlik
  • Təşkilati layihənin idarə edilməsi metodologiyasının inkişafına töhfə vermək və nəzarət üsullarını hazırlamaq
  • Eyni vaxtda bir neçə layihəyə nəzarət etmək
  • Layihə komandaları ilə strateji məqsədlərin icrasına töhfə verən layihə işi və hədəflərinin təyini
  • Layihələrin gedişatının təhlil edilməsi, əsas çətinliklər və risklərin həll yollarının tövsiyə edilməsi
  • Layihə menecerlərinə təşkilati layihələrin idarə edilməsi metodologiyası üzrə dəstək
  • Layihə menecerlərinə layihənin səmərəliliyini artırmaq məqsədilə müvafiq resurs təyinatında dəstək
  • Departament fəaliyyətini həyata keçirməklə strateji məqsədlərə nail olmaq
  • Standartları və ən yaxşı təcrübələri tətbiq edərək təşkilati məqsədlərə nail olmaq
  • Layihə idarəetmə alətlərindən istifadə etməklə strateji layihələrin gedişatı haqqında hesabatların tərtibi
  • Layihənin idarəedilməsi üzrə daxili təlimlərin keçirilməsi

Xüsusi tələblər

  • Ali təhsil (Biznesin İdarəedilməsi, Menecment ilə əlaqəli sahədə bakalavr dərəcəsi)
  • 4 ildən çox layihə idarəetmə təcrübəsi, 2 il rəhbərlik təcrübəsi
  • PMP sertifikatı
  • Layihənin idarə edilməsi alətləri və texnikaları haqqında mükəmməl bilik
  • Müxtəlif miqyaslı və əhəmiyyətli layihələri idarə etmək təcrübəsi
  • Layihə komandaları ilə ünsiyyət və əməkdaşlıqda əhəmiyyətli təcrübə
  • Bütün idarəetmə səviyyələri ilə korporativ şəraitdə işləmək bacarığı
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
  • Təqdimatların hazırlanması və keçirilmə bacarığı
  • Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
  • Analitik və tənqidi düşünmə qabiliyyəti, sürətli öyrənmə, adaptasiya
  • Özünə inam və əminlik
  • Yaxşı planlaşdırma bacarıqları
  • Təşəbbüskarlıq bacarığı
  • mütləq - MS Office (Word, Excel, Outlook, PowerPoint), MS Project
  • arzuolunan - JIRA, ASANA və ya digər layihə idarəetmə platformaları
  • Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
  • İngilis dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
  • Rus dili (orta səviyyədə)

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı, Ağcabədi, Tovuz, Sabirabad, Füzuli, Yevlax, Şəmkir, Kürdəmir, Quba, Cəlilabad, Gəncə, Masallı, Şəki, Zaqatala

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız