Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssis

Xankəndi

Azərsu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İşə yeni daxil olan işçilərə giriş təlimatın keçirilməsi;
  • İş yerlərində keçirilən təlimatlara və təhlükəsizlik texnikası üzrə biliklərin yoxlanılmasına nəzarət edilməsi;
  • Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğa nəzarət edilməsi;
  • Baş vermiş bədbəxt hadisələrin təhqiqatının aparılması və gələcəkdə baş verə biləcək belə hadisələrin qarşısının alınmasına dair tədbirlər hazırlanması;
  • Fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməsinə və saxlanılmasına nəzarət edilməsi;
  • Peşələr üzrə təhlükəsizlik təlimatının hazırlanması;
  • Risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Yanğın təhlükəsizliyinin təmin edilməsi;
  • Gündəlik sahə yoxlamaları.


İş şəraiti

  • 5 günlük iş həftəsi
  • Müvəqqəti olaraq yaşayış yeri ilə təmin olunma
  • Əmək haqqı (gross 910 azn + əlavə) namizədin bilik və bacarıqlarına uyğun müyyən olunacaq.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə təhsil
  • Aidiyyəti sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Fiziki-psixoloji sağlamlığa dair tibbi arayışa malik olmalı
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
  • İşğaldan azad edilmiş edilmiş ərazilər üzrə qeydiyat ünvanı olmalı
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 2000 - 3500 AZN

Telegram kanalımız