İnsan resursları üzrə mütəxəssis

Bakı

AISTGroup MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra edilməsi.
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq;
  • Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq;
  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
  • Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq;
  • Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək;
  • Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək. İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək;
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
  • · İstehsalat təcrübəsi, əməkdaşlıq üzrə tədbirlərin təşkili proqramının layihəsinin hazırlanması;
  • · İstehsalat təcrübəsi, əməkdaşlıq üzrə tədbirləri üçün zəruri normativ sənədlərin (müqavilələr, razılaşma protokolu və s.) layihəsinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • · Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək;
  • · Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq;
  • · Bütün növ vergi bəyannamələrinin hazırlanması və göndərilməsi;
  • · Vergi orqanları ilə məktublaşmaların aparılması və E-qaimələrin tərtibi;
  • · Statisitika hesabatlarının hazırlanması və göndərilməsi;
  • · Pul vəsaitlərinin dövriyyəsinin aparılması və uçotu;
  • · Kreditor və Debitor hesabların təqibi və aylıq üzləşdirmələrin aparılması;
  • · İşçilərə əmək haqqı kart sifarişləri, Əmək haqqı hesablanması və ödənişlərin icra edilməsi;
  • · Satınalmalarda iştirak sənədlərinin hazırlanması və təqdim edilməsi;
  • - İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan-18:00-dək
  • - İstirahət günləri: şənbə, bazar

Xüsusi tələblər

  • Kadr və mühasibatlıq üzrə ali təhsil arzuolunandır
  • Əmək münasibətləri ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları üzrə biliklər
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq
  • İngilis dili və rus dili arzuolunandır
  • Komanda ilə və fərdi şəkildə işləmək
  • Məsuliyyət, sistematik düşüncə tərzi, təhlil etmə və operativlik
  • Təşəbbüskarlıq
  • Təqdimat etmək
  • Əmək fəaliyyəti üzrə fərdi inkişafını planlamaq
  • Müvafiq sahə üzrə ən azı 1 il
  • MS Office, 1C (arzuolunandır)

Qeyd olunan tələblərə uyğun namizədlər https://aist.group/az/vacancy linkinə keçid edərək müraciət edə və ya mövzü yerində “İnsan resursları üzrə mütəxəssis” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 1100 - 1300 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız