Su kəməri təsərrüfatında nəzarətçi

Bakı

Azərsu

Vakansiyanın detalları

Vakansiyanın təsviri


  • Xidmət göstərdiyi struktur bölmənin işinə müvafiq olaraq  əhali və qeyri-əhali istehlakçıların su təchizatı və kanalizasiya şəbəkəsinə baxış keçirməklə suölçən sayğacların göstəricilərinin hesabatının aparılması və debitor borcların  tam və vaxtında ödənilməsi üçün istehlakçılarla müvafiq maarifləndirmə işlərinin  aparılması
  • Abonentlərə dair məlumatların doğru və düzgün şəkildə qeyd olunmasını təmin edilməsi, kompüter proqram təminatına  uyğun  çıxan iş əmri əsasında mənzillərə baxışın keçirilməsi
  • Suölçən sayğacların işinə nəzarət edilməsi, istehlakçılara göstərilmiş xidmətlərə görə bildiriş, hesab faktura və üzləşmə aktlarının təqdim edilməsi
  • Su və kanalizasiya şəbəkəsindən istifadəyə görə yaranmış borcları araşdırılması
  • Vaxtında ödəniş etməyən abonentlərə qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsi üçün rəhbərliyə məlumat verilməsi
  • Ayda bir dəfədən az olmayaraq su ölçmə cihazlarının göstəricilərini çıxarmalı və abonent bazasına daxil etmək üçün aid olduğu struktur bölməyə təqdim edilməsi
  • Su sərfinin hesabatının düzgün aparılması, iqtisadi göstəricilərinin vaxtaşırı təhlili, avadanlığın düzgün istismarının aparılmasına nəzarət edilməsi
  • Su sayğacı olmadıqda, yaxud işləmədikdə hesabatın müvafiq qaydada aparılmasının təmin edilməsi
  • Tərtib edilmiş aktı istehlakçıya imzalatmaqla razılaşdırmaq, qəbul olunmuş qaydaya uyğun su sərfindən istifadəni düzgün müəyyənləşdirərək müvafiq sənəd hazırlayıb abonentə təqdim edilməsi
  • Baş vermiş nasazlıqların aradan qaldırılması məqsədilə su  itkilərini qeydə alır  və müvafiq tədbirlərin görülməsi üçün rəhbərliyə məlumat verilməsi
  • Abonentlər tərəfindən su kəmərindən istifadə qaydalarına və normalarına riayət olunmasına nəzarət edilməsi
  • 6 günlük iş həftəs

Xüsusi tələblər

  • Ali təhsil
  • Fiziki-psixoloji sağlamlığa dair tibbi arayışa malik olmalı
  • Komanda ilə iş görmə bacarığı
  • Ünsiyyət qurma bacarığı

Ali təhsili olmayan namizədlər nəzərə alınmayacaq.

Müraciət üçün (CV): https://azersu.az/az/karyera

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Biləsuvar

  • Razılaşma yolu ilə

Telegram kanalımız