İctimaiyyətlə əlaqələr şöbəsinə aparıcı/baş məsləhətçi

Bakı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İcbari tibbi sığorta sistemi ilə bağlı informasiya materiallarının (press-reliz, müsahibə, məqalə, açıqlama, təkzib və s.), çap məhsullarının (buklet, plakat, flayer, jurnal, təlimat kitabçaları və s.) hazırlanması və redaktəsi;
  • Müxtəlif tədbirlər üçün Agentliyin fəaliyyətindən irəli gələn məsələlərlə bağlı təqdimat və çıxışların hazırlanması;                    
  • Mediadan daxil olan informasiya sorğularının cavablandırılması         
  • Sosioloji sorğuların keçirilməsi işinin təşkili, hesabatların təhlil və nəticələrə əsasən yoxlanılması;                                                    
  • Materiallara analitik yanaşma, mətnlərin məntiqi təhlil edilməsi, yarana biləcək risklərin müəyyənləşdirilməsi, ictimai rəyin maraqlarının qiymətləndirilməsi;                                                                        
  • İctimaiyyətlə əlaqələr sahəsi üzrə yeni imkanlar barədə beynəlxalq təcrübənin öyrənilməsi, kommunikasiyanı səciyyələndirən əsas şərtlər, rəqəmsallaşma sahəsində araşdırmaların aparılması və iş prosesində tətbiq edilməsi;                                 
  • Departamentin illik fəaliyyəti və icra etdiyi strategiyaların icra vəziyyəti barədə hesabatların hazırlanması;                                   
  • İctimaiyyətlə əlaqələr sahəsində təşkilati və sərəncamverici sənədlərin hazırlanması.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy 170

Xüsusi tələblər

  • Ali təhsil (jurnalistika və filologiya istiqamətində olması arzuolunandır);
  • İctimaiyyətlə əlaqələr sahəsində 3 ildən az olmayaraq əmək stajı;
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;
  • Müvafiq məlumatların (press-reliz/xəbər/məqalə/müsahibə/hesabatlar və s.) yazılması, strategiya, hesabat və digər sənədlərin hazırlanması bacarığı;
  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
  • Xarici dil bilikləri arzuolunandır;
  • Ofis proqramları üzrə biliklər.

Vakansiyaya son müraciət tarixi: 26.04.2024-cü il;

CV-lər [email protected] ünvanına göndərilməlidir və  müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
 Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz

            Müraciət etmək üçün: [email protected]

            Oxşar vakansiyalar

             
            • Xırdalan

            • 450 AZN dən

            Premium
             
            • Bakı

            • 1674 - 1940 AZN

             
            • Bakı

            • Razılaşma yolu ilə

             
            • Bakı

            • Razılaşma yolu ilə

             
            • Bakı

            • 650 AZN

            • Bakı

            • Razılaşma yolu ilə

            Telegram kanalımız