Əsas və yardımçı avadanlığının, yükqaldıran maşın və mexanizmlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq;
Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərinin yerinə yetirmək;
Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərinin yerinə yetirmək, Takelaj avadanlıqları və ləvazimatları sınaqdan çıxarmaq;
Avadanlığının ayrı-ayrı birləşmələrinin (qovşaqlarının) və hissələrinin, armaturların zədələnməsinin aşkar etmək, yeyilmənin səbəbi və dərəcəsini təyin etmək;
Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan çıxarılmaya, təzyiq altında yoxlanılmaya və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq;
Quraşdırma oxlarının nişanlanma, qurulma və yerinin dəyişdirilmə üsullarını təşkil etmək;
Quraşdırılan avadanlığın tarazlaşma, mərkəzləşmə, yoxlanılıb düzəldilmə və tənzimlənmə üsullarını təşkil etmək;
Əl və mexanikləşdirilmiş alətlərin köməyi ilə düyünlərin iriləşdirilmiş formada yığmaq;
Quraşdırılan sistem elementlərinin yerində uyğunlaşdırmaq. Qol boru və keçidlərin yerində hazırlamaq;
Şablon üzrə detalları nişanlamaq. Oyuqları deşmək. Yivli və flanslı birləşmələri yığmaq;
Mexanizm düyünlərinin və polad sürüşən qəlib elementlərinin yığmaq və sökmək;
Əlavə təminatlar: Nahar şirkət tərəfindən təmin edilir.
Xüsusi tələblər
Quraşdırılan, sökülən, təmir olunan avadanlıqların təyinatını;
Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatların nomenklaturasını;
Fiziki-mexaniki analiz üçün cihazların və onların seçmə qurğularının işləmə prinsipini və quraşdırma xüsusiyyətlərini;
Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını;
Avadanlıqların işlənmə və yerdəyişmə, habelə mexanikləşdirilmiş takelaj avadanlığından istifadə etmə üsullarını;
Mexanikləşdirilmiş alətdən istifadə etmək üsullarını. Quraşdırılmış avadanlıqların yoxlanıb düzəldilməsinin ən sadə üsullarını;
Yanğın təhlükəsizliyinin tələblərini bilməli və yanğından mühafizə vəsaitlərindən istifadəni;
Təhsil: Peşə ixtisas təhsili
İş təcrübəsi: Ən azı 1 il
Tələblərə uyğun gələn namizədlər CV-lərini “Çilingər-mexanik”başlığı altında qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur