Tədris res. üz. aparıcı mütəxəssis (neftin qazın emalı və kimya)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Şöbənin işi ilə əlaqədar müvafiq sənədləri hazırlamaq və şöbə rəisinə təqdim etmək; 
• Şöbənin işi ilə bağlı müraciətlərin araşdırılması, qeydlərin aparılması, sənədləşmə, qovluqlaşdırma və müvafiq qaydada saxlanılması üçün arxivə verilməsi işini yerinə yetirmək; 
• Müasir təlim texnologiyalar üzrə beynəlxalq təcrübəni öyrənməklə bu istiqamət üzrə müvafiq tövsiyələrin hazırlanmasında iştirak etmək; • Tədris prosesinin elektron dərslik və dərs vəsaitləri ilə, informasiya materialları ilə təmin edilməsi, tədris proqram sənədlərinin və metodiki materialların işlənib hazırlanmasında iştirak etmək; 
• Fənlərin dövlət standartları səviyyəsində tədrisinə nail olmaq üçün təşkilati tədbirlərin həyata keçirilməsində iştirak etmək; 
• Təlim - tədris mərkəzlərində imtahan materiallarının və suallarının hazırlanmasında və müxtəlif ixtisaslardan olan mütəxəssislərlə birlikdə iştirak etmək; 
• Metodiki kabinet və Tədrisin keyfiyyətinə nəzarət şöbəsi ilə birlikdə açıq dərslərdə iştirak etmək və tədrisdən öncə tədris materiallarının yoxlanılmasında iştirak etmək; 
• Təlim və tədris işinin təşkilində təlim-tədris mərkəzlərinin mütəxəssislərinə zəruri kömək göstərmək. 

Xüsusi tələblər

• Azərbaycan Respublikasının “Təhsil Qanunu”nu, təhsillə bağlı qanunvericilik aktlarını; 
• öz vəzifə borcları çərçivəsində təlimlə bağlı tətqiqatların nəticələrini; 
• həmçinin təhsilə dair əmək qanunvericiliyinin əsaslarını, əmək haqqı və maddi maraqlandırma formaları haqqında mövcud əsasnamələri; • istehsalın ümumi xüsusiyyətlərini; 
• neftin və qazın fiziki və kimyəvi xassələrini; 
• neft, qaz və kimya sənayesində istifadə olunan maddələrin fiziki-kimyəvi xassələrini; 
• texnoloji avadanlıqlar, kalonlar, tutumlar, sobalar, istilikdəyişdiricilər, su və hava soyuducularının təyinatı; 
• quruluşu və iş prinsiplərini müəyyən etməyi; 
• kritik avadanlıq parametrlərini; • texnoloji prosesin mahiyyətini, texnoloji prosesin parametrlərini və prosesin tənzimlənmə qaydalarını; 
• ilkin işə salma, normal işə salma, normal dayanma, qəza zamanı dayandırma qaydalarını; 
• aqreqat nasazlıqlarının aradan qaldırılması yollarını, avadanlıqların və qurğuların, eyni zamanda proses diaqramlarının və sxemlərinin oxunmasını (BFD, PFD, P&ID); 
• adsobrsiya, absorbsiya və desorbsiya; 
• texnoloji reqlament, texnoloji rejim normaları; 
• məşəl təsərrüfatı; 
• izolyasiya və deizolyasiya prosesini; 
• müxtəlif peşələr üzrə tədris plan və proqramların tərtib edilməsini; 
• mövzular üzrə elektron dərsliklərin, slaydların, metodiki vəsaitlərin və test imtahan suallarının hazırlanmasını; 
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
  • Bakı

  • 500 - 700 AZN

 
  • Xırdalan

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 450 - 800 AZN

Telegram kanalımız