Elektrik Mühəndisi-Tender

Bakı

North West Construction

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mövcud bazar qiymətləri əsasında elektrik materialları, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması.
  • Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından elektrik işləri ilə bağlı layihə sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək.
  • Dəqiqliyi və tamlığı təmin edərək, elektrik işləri üçün smetanı təhlil etmək.
  • Tender təklifləri üçün təfərrüatlı elektrik işlərinin büdcə siyahısını hazırlamaq
  • Göstərişlərə və layihəyə uyğun olaraq smeta hazırlamaq
  • Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi.
  • Sektordakı bazar tendensiyaları və qiymətləndirmələrdən xəbərdar olmalıdır.
  • Xərclər smetası üçün büdcə təhlili alətlərini hazırlamalıdır.


Xüsusi tələblər

  • Biz Tender Şöbəsi Komandamıza qoşulmaq üçün Elektrik İşləri üzrə yüksək ixtisaslı Smeta Mühəndisi axtarırıq. Arzuolunan namizəd layihə smetalarının hazırlanması və işin həcmi haqqında hesabatın hazırlanmasına xüsusi diqqət yetirməklə Elektrik mühəndisliyi üzrə güclü təcrübəyə malik olmalıdır. Mühəndis işin həcmi, spesifikasiyalar və sənaye meyarlarına əsaslanaraq layihələr üçün təfərrüatlı xərclər smetasını hazırlayacaq. Excel üzrə yüksək səviyyədə bilik və layihə spesifikasiyalarını şərh etmək bacarığı vacibdir. Namizəd xərclərin hesablanması prosesi üçün ierarxik təhlil üsulundan istifadə etməli olacaq.
  • Elektrik mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
  • Layihələrin Elektrik işləri ilə bağlı Xərclərin Smetasının hazırlanması üzrə minimum 3-4 illik təcrübə.
  • Elektrik işləri və metodologiya üzrə sahədə təcrübə mütləqdir.
  • İnfrastruktur layihələrində təcrübə üstünlükdür
  • Xərclərin hesablanması və məlumatların təhlili üçün MS Excel proqramında dərin biliyə malik olmaq şərtdir.
  • Layihələrin oxunması, AutoCAD və buna bənzər proqram təminatı üzrə biliklər.
  • Güclü analitik və problem həll etmə bacarığı.
  • Büdcə və ya xərclər smetası üzrə əvvəlki bacarıqlar vacibdir
  • Yüksək səviyyədə ingilis dili biliyi vacibdir, rus dili biliyi üstünlükdür
  • Problem həll etmə bacarığı və detallara diqqət tələb olunur.

Qeydlər:

Excel bilikləri və büdcə tərtibatı üzrə təcrübə yoxlanılacaq

Zəhmət olmasa, mövzu yerində “Elektrik Mühəndisi-Tender” qeyd etməklə CV-nizi [email protected] və ya/və [email protected] elektron ünvanına göndərin.


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • 500 - 550 AZN

Telegram kanalımız