Kadrların hazırlığı üzrə mühəndis

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• "Azneft" İB-nin strukturuna daxil olan təşkilatlarda əsas səmərəlilik göstəricilərinin (ƏSG), komanda və fərdi hədəflərin formalaşdırılmasında iştirak etmək;
• Azneft" İB-də tətbiq olunan proqram təminatında müxtəlif əməliyyatların, infotiplərin, tranzaksiyaların yaradılması və mövcud olan nöqsanların aradan qaldırılması məqsədi ilə proqramda müvafiq sualların açılması, onların təsviri, müvafiq həll alqoritmlərinin formalaşdırılması, mərhələli testlərin edilməsi, düzgün şəkildə həyata keçirilməsi mərhələsinədək təqib edilməsi və istifadəçilərə təhvil verilməsində iştirak etmək;
• SAP BRP sistemində GRC modulunda istifadəçilərin (HR modulu üzrə) səlahiyyətlərinin yaradılması zamanı ortaya çıxan risklərin azaldılması istiqamətində müvafiq tədbirlər görmək;
• Qiymətləndirmə nəticələri ilə bağlı narazı olan işçilərin müraciətlərinin araşdırılması və problemin həlli üçün rəhbər şəxslərlə görüşlər təşkil etmək;
• Səriştəliliklərin qiymətləndirilməsinin təşkili və qiymətləndirmə prosesinin vaxtında başa çatdırılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək;
• Azneft" İB üzrə səriştəliklərin qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq təşkilati ehtiyacların müəyyənləşdirilməsində iştirak etmək;
• İşçilər üçün fərdi hədəflərin və Əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsində iştirak etmək;
• İşçilərin karyera inkişafının planlaşdırılması prosesində və prosesin effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlərin təşkilində iştirak etmək;
• Mühəndis İnkişaf Proqramının təşkilini və tətbiqini həyata keçirmək. Bununla bağlı zəruri hesabatları təqdim etmək;
• İstedadların idarə edilməsi ilə bağlı məlumatları SAP ERP sisteminin HCM modulunda işləmək və zəruri hesabatları hazırlayıb müvafiq qaydada təqdim etmək;
• Azneft" İB-nin strukturuna daxil olan təşkilatlarda aparılan başqa işə keçirmə əməliyyatlarını təhlil etmək;
• Təhlil dövrü ərzində həyata keçirilən başqa işə keçirmə əməliyyatlarının müvafiq daxili sənədlərə və qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq;
• Yerdəyişmələr üzrə struktur təşkilatların insan resursları xidmətlərinə müvafiq məsləhətlər vermək;
• İRD-nin fəaliyyəti ilə bağlı müvafiq təqdimatları və hesabatları hazırlamaq;
• Səlahiyyətləri çərçivəsində “Azneft” İB-nin işçiləri və digər vətəndaşlar tərəfindən departamentə daxil olmuş müraciətləri araşdırmaq və müvafiq qaydada cavablandırmaq;
• Səlahiyyətləri çərçivəsində "Azneft" İB üzrə mövcud olan vakansiyaların idarə edilməsini həyata keçirmək;
• Mövcud vakansiyaları təhlil etdikdən sonra onların mövcud bazalar hesabına komplektləşdirilməsini həyata keçirmək;
• Mövcud bazalar hesabına komplektləşdirilməsi mümkün olmayan vakansiyaların müsabiqəyə cəlb olunmasını təmin etmək;
• Elan olunmuş vakansiyalar üzrə namizədlərin cəlb edilməsi ilə bağlı tədbirlər görmək;
• Müraciətçilərin təqdim etdikləri məlumatların müvafiq vakansiyanın tələblərinə uyğunluğunu yoxlamaq;
• Müsahibə prosesinin və peşə sınaq imtahanlarının aparılması və müvafiq qaydada sənədləşdirilməsi işlərini həyata keçirmək;
• Seçilmiş namizədlərin işə qəbulunu təşkil etmək və müvafiq qaydada onların adaptasiya prosesində iştirak etmək;
• İşçilərin attestasiyasının keçirilməsi prosesini təşkil etmək;
•İnsan resursları departamentinin qaynar xəttinə gələn zəngləri cavablandırmaq;
• Rəhbərlik tərəfindən müəyyən edilmiş digər funksiyaların icrasını təşkil etmək;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək. 

Xüsusi tələblər

• Azərbaycan Respublikasının Əmək qanunvericiliyini;
• İşçilərin attestasiyasının keçirilmə qaydalarını;
• Kadrlara olan cari və perspektiv tələbatın müəyyənləşdirilməsi qaydalarını;
• Personalın qiymətləndirilməsinin metod və sistemini;
• Səriştəliklərin idarə edilməsinin metod və sistemini;
• Effektivliyin idarə edilməsinin metod və sistemini;
• Davamçıların planlaşdırılmasının metod və qaydalarını;
• Fərdi hədəflərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarını;
• Namizədlərin cəlb edilməsinin metod və üsullarını;
• Müsahibələrin təşkili və keçirilməsi qaydalarını;
• Vakansiyaların idarə olunmasının metod və üsullarını;
• İşgüzar ünsiyyətin əxlaqını və korporativ mədəniyyət qaydalarını;
• SAP ERP sisteminin HCM modulunda əməliyyatların aparılmasını;
• Kompüter, rabitə və kommunikasiya vasitələrindən istifadəni;
• Kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını. 

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • 600 - 700 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız