Elektrik avadanlıqlarının təmiri üzrə elek.mmontyoru (Astara şəhəri)

Astara

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Çertyoj və sxem üzrə işləri yerinə yetirmək;
• Gərginliyi 10 kV-dan 15 kV-a qədər olan elektrik maşın və
aparatlarını sökmək, təmir etmək, yığmaq, quraşdırmaq və sazlamaq;
• Avtomatik rele-mühafizəsi sxemlərində qüsurları aşkar etmək və sazlamaq;
• Elektrik intiqallı siyirtmələrini təmir etmək və tənzimləmək;
• Gərginliyi 35 kV-a qədər olan kabel xətlərində kabelləri açmaq, kəsmək, çəkmək, giriş qurğularını və birləşdirici muftaları montaj etmək;
• Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan kabel xətlərində təmir və bərpa işlərini aparmaq, ucluq muftaları qoymaq;
• Kabellərin zədələnmiş yerlərini müəyyənləşdirmək, elektrik dövrəsinin torpaqlanma müqavimətini, kabel örtüyünün potensialını ölçmək;
• Bərk və yumşaq lehimlə lehimləmək;
• Körpülü kranlarda elektrik avadanlıqlarına texniki qulluq və təmir etmək;
• Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan elektrik avadanlıqlarında qəza vəziyyəti zamanı operativ əməliyyatları aparmaq;
• Gücü 500 kVt-dan yuxarı asinxron və gücü 1000 kVt-dan yuxarı elektrik mühərriklərini sökmək, yığmaq;
• Gücü 50 kVt-dan artıq olan partlayış təhlükəsi törətməyən elektrik mühərriklərini sökmək, təmir etmək və yığmaq;
• Bütün güclərdən olan elektrik mühərriklərinin diyirlədici podşipniklərini şaberləmək;
• Elektrik mühərriklərinin sıxac qutularını sökmək və təmir etmək;
• Sıxac qutusunun qapağını açmaq;
• Naqillərin qızma və boşluqlarını yoxlamaq;
• Naqillərdə qızmanın aradan qaldırılması üçün boltları sıxmaq;
• Nasaz olan kabel ucluqlarını sıxmaq;
• Ucluqları dəyişdirmək və lehimləmək;
• Elektrik mühərriklərinin yastıqlarını sökmək və dəyişdirmək;
• Ön yastığın sökülməsi üçün mühərriklərin mexaniki hissə ilə elektrik hissəsini ayıran yarım muftaları sökmək;
• Arxa yastığın sökülməsi üçün soyuducu ventilyatoru sökmək;
• Mühərrikin qapaqlarını sökmək;
• Xüsusi yastıq çıxaran alət vasitəsilə yastığı çıxarmaq;
• Sıradan çıxmış yastıqların yenisi ilə dəyişdirmək;
• Elektrik avadanlıqlarının fırçalarını (kömür) dəyişdirmək;
• Elektrik mühərrikllərinin, elektrik avadanlıqlarının, elektrik maşınlarının və transformatorların əsaslı təmirdən sonra mühəndis - texniki heyətin nəzarəti altında kompleks sınaqdan keçirmək və istismara vermək;
• Nasosxanalarda, qaz və suyun soyudulması sistemində (ABU) olan elektrik avadanlıqlarının normal işini təmin etmək;
• Aşkar edilmiş nasazlıqları, köhnəlmiş elementləri müəyyən etmək və qüsurlar cədvəlini hazırlamaq;
• Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında elektrik avadanlıqlarına xidmət etmək üzrə mürəkkəb olmayan ayrı - ayrı işləri yerinə yetirmək.
• Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərinin aparmaq.
• Qəza hallarında qəzaların ləğvi planına uyğun hərəkət etmək.
• Əsasnamədən və peşə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar struktur bölmə rəhbərliyinin digər tapşırıqlarını icra etmək.
• İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət etmək


Xüsusi tələblər

• Elektronikanın əsaslarını ;
• Sabit və dəyişən cərəyanlı elektrik avadanlıqlarının müxtəlif tiplərinin quruluşunu ;
• Müdafiə və ölçü cihazlarının, kommutasiya aparatlarının quruluşunu ;
• Elektrik mühərrikləri və aparatlarının yoxlanılması, təmiri, yığılması, qurulması və xidməti üzrə səmərəli üsulları ;
• Rele müdafiəsinin təyinatını ;
• Yarımkeçirici və düzləndiricilərin quruluşu və iş prinsipini ;
• Bütün tiplərdən olan elektrik xətlərinin çəkilməsinə qoyulan texniki tələbləri ;
• Təmirdən sonra tənzimləyici aparaturası olan elektrik avadanlıqlarının tənzimləyici-təhvil işlərinin aparılması metodunu ;
• Xidmət edilən avadanlığın tənzimlənməsinin əsas elektrik normalarını ;
• Avadanlıq və qidalandırma mənbələrinin iş prinsipini ;
• Nürəkkəb nəzarət-ölçü alətlərinin quruluşunu ;
• Təyinatı və tətbiqi şərtlərini ;
• Universal və xüsusi ləvazimatın konstruksiyasını ;
• IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını ;
• İstehsalat və əmək intizamı qaydalarını, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və nоrmalarını ;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarından irəli gələn tələbləri

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 800 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 1200 - 2500 AZN

 
  • Bakı

  • 550 AZN

Telegram kanalımız