Korporativ satış və texniki xidmət üzrə mütəxəssis (Avtomobil servisi bölməsi)

Bakı

Performance Center Co

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
  • Korporativ müştərilər üçün satış müqavilələri və hesab-fakturaların tərtib olunması;
  • Tender, kotirovka və digər satış prosedurlarının həyata keçirilməsi;   
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
  • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
  • Ümumi fəaliyyətə dair şöbə rəhbərinə hesabatların verilməsi.

Xüsusi tələblər

  • Ali təhsil
  • Yaş: 25-35
  • Korporativ satış üzrə 2 il iş təcrübəsi
  • E-satınalma portalı üzrə işləmə bacarığı
  • Azərbaycan və ingilis dillərində səlis danışıq (digər xarici dil bilikləri üstünlükdür);
  • Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq  
  • Təqdimat bacarığının olması
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində Korporativ Satış və texniki xidmət üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 600 AZN

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız