Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Bakı

RusNur Construction MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Keyfiyyətə nəzarət və keyfiyyətin İdarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq standartların hazırlanması və test metodlarına nəzarət
  • Tikinti prosesinin izlənməsi, keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə layihə menecerinə məlumat verilməsi
  • Sahədə işlərin keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, problemlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsi
  • Sahədəki bütün materialların keyfiyyətinin yoxlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi
  • Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması
  • Audit nəticələri ilə bağlı layihə menecerinə hesabat verilməs
  • Keyfiyyətin idarəedilməsi mövzusu ilə bağlı iclaslarda iştirak
  • Keyfiyyət gösətricilərinə uyğun subpodratçıların qiymətləndirilməsi və seçimi ilə bağlı SƏTƏM və layihənin digər müvafiq əməkdaşaları ilə sıx mütamədi əlaqə
  • ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının tətbiqi
  • Sub-podratçıların keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi
  • Layihə üzrə keyfiyyətə nəzarət üzrə təlim planınının hazırlanması və həyata keçirilməsi
  • təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: həftənin I – VI günləri

Xüsusi tələblər

  • Mühəndislik ixtisası üzrə ali təhsil
  • Neft sənayesi və ya inşaat sahəsində müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi
  • Beynəlxalq layihə və ya təşkilatda iş təcrübə mütləqdir
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
  • ISO Keyfiyyət İdarəetmə sistemi üzrə bilik və təcrübə
  • RFI keyfiyyət idarəetmə sistemi üzrə bilik və təcrübə
  • Komandanı idarə və motivəetmə bacarıqları
  • Güclü analitik düşünmə bacarıqları
  • Autocad proqramını bilməli
  • Azərbaycan və rus dil bilikləri
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Keyfiyyətə nəzarət üzrə mühəndis”, qeyd etməklə CV formalarını [email protected] e-mail ünvanına göndərə bilərlər

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 400 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız