Usta (Neftin tam hazırlanması və təhvili xidmət sahəsi)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• rezervuarların çöküntülərdən təmizlənməsi üzrə işlərə rəhbərliyi həyata keçirmək;
• rəhbərlik etdiyi işin vaxtında, yüksək keyfiyyətlə, müəyyən olunmuş nomenklaturada, məhsul istehsalı və xidmətlərin yerinə yetirilməsi, əmək məhsuldarlığının artırılması, qurğu və avadanlıqların tam gücü ilə işləməsi əsasında az əmək sərf edilməsini, avadanlığın növbəli iş əmsalının artırılmasını, xammalın, materialların, yanacağın, enerjinin səmərəli istifadəsini təmin etmək;
• istehsalın vaxtında hazırlığını, fəhlələrin yerləşdirilməsini təmin etmək, texnoloji proseslərin nəzərə alınmasına nəzarət etmək, onların pozulması səbəblərini operativ üzə çıxamaq və aradan qaldırmaq;
• yerinə yetirilmiş işin keyfiyyətini yoxlamaq, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirmək;
• qurğunun yenidən qurulması üçün tamamlanmış işlərin, texnoloji qurğu və avadanlığın təmiri, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək;
• əməyin mütərəqqi üsulları və metodlarının tətbiqi, iş yerlərinin attestasiyası və səmərələşdirilməsi, peşələrin əvəz olunmasını təşkil etmək;
• avadanlıqdan, xammaldan, materiallardan, alətlərdən, yanacaqdan, enerjidən istifadə göstəricilərini müəyyən etmək;
• fəhlələri istehsalat təlimatı ilə tanış etmək, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, avadanlığın və alətlərin texniki istismar qaydalarının yerinə yetirilməsini həyata keçirmək, eyni zamanda onlara riayət olunmasına nəzarət etmək;
• istehsalat fəaliyyətinin nəticələrini təhlil etmək, sahə üçün müəyyən edilmiş əmək haqqı fondunun xərclənməsinə nəzarət etmək, iş vaxtının, istehsalın, əmək haqqının, boş iş vaxtlarının ilkin sənədlərinin düzgün və vaxtında tərtib olunmasını təmin etmək;

Xüsusi tələblər

• çöküntünün təmizlənməsi üçün rezervuarların fəaliyyətinə dair əmr, sərəncam və digər rəhbər sənədləri;
• çöküntünün təmizlənməsi texnologiyasını, metodiki və normativ materiallarını;
• çöküntünün təmizləmə sahəsində istifadə olunan qurğu və avadanlıqları, alət və mexanizmləri, onların düzgün texniki istismarı və istifadə qaydalarını;
• texniki sənədləşmənin tərtib edilmə qaydalarını;
• çöküntülərin təmizlənməsi zamanı texnoloji çətinliklərin əmələ gəlmə səbəblərini, onların qarşısının alınması və ləğv edilməsi üsullarını;
• təmizləmə qurğularında istifadə olunan kimyəvi reaktiv materiallarını, onların saxlanma qaydalarını;
• işin və fəhlələrin tariflərinin təyin edilməsini, iş normaları və qiymətlərini, onların dəyişdirilməsi qaydalarını;
• əmək haqqına dair mövcud əsasnaməni;
• iqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin əsaslarını;
• daxili əmək rejimini, əmək qanunvericiliyinin əsaslarını;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını;

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 400 AZN

 
  • Bakı

  • 756 AZN

Telegram kanalımız