Təchizat üzrə menecer müavini

Qəbələ

Chenot Palace Gabala

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Malların alınması üzrə Otelin tətbiq etdiyi alış siyasəti, proseduraları, standartları və otelin daxili və xarici müştərilərin tələblərinin təmin olunması məqsədi ilə alınması üçün sifariş verilmiş məhsulların alınması, sifariş olunmuş malların və xidmətlərin təhvil verilməsi, gömrük sənədləşdirməsi və otelimizin tədarükçülərinə müvafiq ödənişlərin edilməsi də daxil olmaqla alış şöbəsi ilə əlaqədar olan fəaliyyətlərini planlaşdırır, müəyyənləşdirir və nəzarət edir.
  • Birbaşa şöbənin işçi heyətinin işinə nəzarət edir.
  • Şöbələrin ehtiyacları barəsində məlumat əldə etmək və məhsulların alınması üzrə məsuliyyət daşıyan heyətin həmin şöbələrə kömək təklif etmək, onların ehtiyaclarını müvafiq qaydada təmin etmək və şöbələrin etdikləri sifarişlərin vəziyyəti, axtarılması və s. barəsində məlumatlandırmaq üçün Şöbə Rəhbərləri ilə birlikdə işləmək. 
  • Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq.
  • Gələcəkdə tələb olunacaq ehtiyatların /sifarişlərin alınmasına nəzarət edir və məsələlərin alternativ yolla həll olunmasında maraqlı olan Şöbə Rəhbərlərinə məsləhətlər verir.
  • Malların alınması üzrə məsul olan Şöbənin tədarükçülərinin siyahısı və xərclərinin təmin olunması, bütün sifarişləri təmin etmək üçün sistemə nəzarət etmək, itkilər və dəyən ziyanlar üzrə iddialar haqqında hesabat vermək kimi iş fəaliyyətinə nəzarət olunmasını və yoxlanışını həyata keçirir.
  • Alınmış sifarişlər üzrə Tədarükçülərlə hesablaşmaların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək üçün bütün ödəniş qəbzlərini yoxlayır.
  • Otelə məhsulların və xidmətlərin müntəzəm olaraq təchiz edilməsini təmin etmək üçün yerli və beynəlxalq tədarükçülərlə yaxşı iş əlaqələri yaradır.
  • Ölkə sərhədləri çərçivəsində bütün xarici sifarişlərin qanuni proseduralar vasitəsi ilə həyata keçirildiyi üçün tələb olunan zəruri icazələrin və lisenziyaların alınması istiqamətində müraciət edir.
  • Qiymətləri öyrənmək, bazarlara və tədarükçülərə baş çəkmək və ticarət yarmarkalarında iştirak etməklə yerli bazarlarda nələrin əldə edilməsinin mümkün olması haqqında məlumat əldə edir.
  • Hər zaman alınmış məhsulların çatdırılması və paylanmasını xərclərə nəzarət bölməsi ilə birlikdə müəyyənləşdirir.
  • Yerli rəsmi orqanlarla, gömrük xidməti və vergilər agentliyi ilə daimi əməkdaşlıq etmək və yeni məlumatlar əldə etmək üçün iş münasibətləri qurur.
  • İclaslarda iştirak etmək, alınmış məhsullar üzrə aylıq təhlil hesabatının hazırlanması və çalışdığı vəzifə ilə əlaqədar digər vəzifələr kimi bir sıra administrativ vəzifələr toplusunu həyata keçirir.
  • Otelin aparıcı təlimatlarına və yerli normalara müvafiq olaraq işçilərin əmək məhsuldarlığının, şöbə daxilində işçilərin əzmini və nizam-intizamı yüksəltmək.
  • Məhsuldarlığın artırılması və işçilərin maaşları üzrə xərclərin azaldılması məqsədi ilə biznesin müxtəlif səviyyələrinə müvafiq olaraq əməkdaşların qrafikini hazırlamaq.

Xüsusi tələblər

  • Müvafiq sahədə (Otel) 3 il təcrübə (xarici alışlar üzrə təcrübə arzuolunandır)
  • Xarici dil – Rus və İngilis (yaxşı səviyyədə)
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması,
  • Müvafiq qanunvericilik aktları və normalarını bilmək,
  • Satınalmalar üzrə AR-nınmüvafiq qanunvericiliyini, o cümlədən Dövlət Satınalmaları haqqında Qanunu bilmək,
  • İscala və MC office proqramlarında işləmək bacarığı,
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.


CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində MÜTLƏQ vəzifənin adını"Təchizat üzrə Menecer Müavini" yazaraq müraciət edə bilərsiniz.


Son müraciət tarixi 18 may 2024.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız