İstehsal planlama mühəndisi

Sumqayıt

Meqa Plastik CE

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əsas və detallı istehsal planlarının və iş sifarişlərinin yaradılması,
  • Planlaşdırılmış və faktiki istehsal vəziyyətinin izlənilməsi və vaxtaşırı hesabat verilməsi
  • İstehsal performansını qiymətləndirmək, KPI hesabatlarını hazırlamaq və hesabat vermək
  • Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət etmək;
  • İstehsal vəziyyətinin , xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək;
  • Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatları hazırlayıb təqdim etmək;
  • Proses İnkişaf fəaliyyətləri üçün istehsalla bağlı yeni təhlillər və araşdırmalar aparmaq və inkişaf etdirmək
  • Davamlı olaraq digər şöbələrlə koordinasiyada işləmək və biznes proseslərinin effektiv və səmərəli həyata keçirilməsi üçün araşdırmalar aparmaq
  • Ar-Ge fəaliyyətlərində iştirak edərək yeni layihələrin istismara verilməsində iştirak
  • Ar-Ge və istehsal qrupları ilə işləyərək istehsal ağacını (M-BOM) hazırlamaq, dəyişiklikləri izləmək və istehsala əks etdirmək
  • İstehsal marşrutlarının ən səmərəli şəkildə yaradılması və yenilənməsi
  • İş sifarişlərini yerinə yetirmək üçün lazımi materialları təqib etmək, çatışmazlıqları bölüşmək və material planlaşdırma və satınalma qrupları ilə koordinasiya etmək
  • İş yeri: Sumqayıt şəhəri.
  • İş rejimi: Həftənin 6 günü (09:00-18:00)
  • Nahar və servis şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı razılaşma yolu ilə

Xüsusi tələblər

  • Kişi namizədlər (hərbi xidməti başa vurmuş);
  • Ali təhsil (Sənaye mühəndisliyi, kompyuter mühəndisliyi, kimya mühəndisliyi);
  • Polietilen sahəsində təcrübəsi olan və ya işləmək istəyən
  • Təcrübəsi olanlara üstünlük verilir
  • Sumqayıt ərazisinə yaxın yaşayan
  • Dil bilikləri : İngilis dili (orta səviyyədə);
  • 1C 8.3 və MS office ilə işləmək bacarığı


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsində "İstehsal Planlama Mühəndisi" yazaraq göndərməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız