Satışa dəstək mühəndisi (şəbəkə&şəbəkə təhlükəsizliyi)

Bakı

Bestcomp Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Müasir şəbəkə infrastrukturlarının struktur və komponentlərini, eyni zamanda funksional təyinatlarını başa düşərək izah etməyi bacarmaq.

• IP şəbəkələri və şəbəkə infratrukturunun (Wired, Wireless) dizayn prinsiplərini bilmək

• Klassik şəbəkə protokolları və SDN (Software Defined Network) texnologiyası haqqında məlumatlı olmaq.

• Şəbəkə təhlükəsizliyi avadanlıqlarını (NGFW, IPS, WAF və s.) tanımaq, fərqləndirə bilmək və konfiqurasiya etməyi bacarmaq

• Müştərinin problemlərini analiz edərək başa düşmək.

• Təklif ediləcək həllin biznes nəticələrini anlamaq və bunu müştəriyə izah edə bilmək.

• Təqdimat hazırlamaq və müştəriyə təqdim etməyi bacarmaq.

• Təklif olunacaq həllin vizuallaşdırılmasını və HLD (High level design) çəkməyi bacarmaq.

• Kritik sistemləri təhlil etmək və sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək bacarığı.

• Həll sənədlərinin və təqdimatların hazırlanmasında təcrübəli.

• Microsoft Power Point və Visio proqramlarında işləyə bilmək.

Xüsusi tələblər

İnformasiya texnologiyaları və ya digər texniki ixtisalar üzrə ən azı ali bakalavr dərəcəli təhsili.
• Şəbəkə və şəbəkə təhlükəsizliyi həlləri sahəsində ən azı 5 illik təcrübə (şəbəkələrin dizaynı və tətbiqi sahəsində təcrübə)
• Dünyanın aparıcı telekommunikasiya avadnlıqları istehsalçılarının (Cisco, Aruba, Fortinet və s.) sertifikatlarına malik olanlara üstünlük verilir.
• Azərbaycan, ingilis və rus dillərində danışmaq və yazmaq.
• Daxili və beynəlxalq səyahətlər üçün ezam olunmağa hazır olmaq.
• Sales engineer, Presales manager , Solution Architect və s. vəzifələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir.
• Ünsiyyətcil olmaq.
• Müştəri ilə pozitiv ünsiyyət qurmağı bacarmaq.
• Təhlil etmək və problem həll etmək bacarığı.
• Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
• Komandada işləmək bacarığı

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız