Avtomatika mühəndisi

Bakı

Carlsberg Azerbaijan

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Texnoloji prosesə uyğun olaraq nəzarət ölçü cihazlarının, avtomatika avadanlıqlarının seçilməsini, quraşdırılmasını və təmir olunmasını həyata keçirməlidir.
  • Qəza və sıradan çıxma hallarının kök səbəblərinin araşdırılmasını təhlil etməlidir.
  • Bütün təmir və kalibrasiya olunacaq nəzarət ölçü cihazlarına və avtomatika avadanlıqlarına nəzarət etməli və kalibrasiya-tənzimləmə işlərini yerinə yetirməlidir.
  • Prosesdəki dəyişikliklərin analizində NÖC və avtomatika ilə bağlı məsələlərdə iştirak etməli, qeyri-stabil hallarda hesabat verməli, düzəldilməsi üçün səbəb araşdırması həyata keçirməlidir.
  • Kənara çıxmaları (xətaları) müəyyən etməli və nəzarət ölçü cihazlarını sazlamalıdır.
  • Müəssisədə istismar olunan avadanlıqların istehsalçı tələblərinə uyğun ehtiyat hissələrini sifariş verməlidir.
  • Sıradan çıxmaların qarşısının alınması üçün cari təmir və texniki qulluq cədvəlini tərtib etməli, nəzarətdə saxlamalı və ehtiyac olarsa, vaxtaşırı yeniləməlidir.
  • İllik olaraq hazırlanmış texniki xidmət, təmir və sınaq planları əsasında işlərin görülməsini həyata keçirməlidir.
  • Günlük, həftəlik, aylıq, illik hesabatları və təqdimatları hazırlamalıdır.
  • Mövcud təlimatlara əsasən avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etməlidir.
  • Təhlükəli hadisələr, iş qəzaları və təhlükəsizlik normalarının pozulması barəsində hesabat verməlidir. Hər zaman təhlükədən azad iş mühitinin təmini üçün təşəbbüs göstərməlidir.


Xüsusi tələblər

  • Minimal iş təcrübəsi: 3 il
  • Proseslərin avtomatlaşdırılması və uyğun ixtisaslar
  • Ali təhsil

Maraqlananlar [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Avtomatika mühəndisi” yazaraq göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 800 - 1000 AZN

Telegram kanalımız