Sahə rəisi (Quyuların əsaslı və yeraltı təmiri üzrə)

Qaradağ

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Quraşdırılmış avadanlığın saxlanılması və konservasiyasının düzgünlüyünə nəzarət etmək;
• Qurğu və avadanlıqlara profilaktik baxış qrafiklərinin yerinə yetirilməsini təmin etmək;
• Yeni alınmış avadanlıq və alətlərin yararlığının yoxlanlması üçün komissiyanın çağırılmasını təşkil etmək və tərtib edilmiş qüsur aktını imzalamaq;
• Yeni və işlənmiş avadanlıqların defektoskopiya olunmasında iştirak etmək və defektoskopiya aktını təsdiq etmək;
• Yan lülənin qazılmasında avadanlıq və texnikanın quraşdırılmasında iştirak etmək və tərtib edilmiş müvafiq aktları imzalamaq;
• Rəhbərlik etdiyi struktur bölmə üzrə iş bölgüsünü aparmaq;
• Rəhbərlik etdiyi struktur bölmə üzrə illik əməliyyat planlarını, aylıq, həftəlik və ya gündəlik tapşırıqları hazırlamaq və icrasına nəzarət etmək;
• İşçilərin seçimində iştirak etmək;
• İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və inkişafı ilə əlaqədar fəaliyyətləri icra etmək;
• İşçilərin intizamını təmin etmək;
• İşçilərin motivasiyası, effektivliyinin artırılması və sosial ehtiyaclarının qarşılanması üçün tədbirləri həyata keçirmək;
• İşçiləri qiymətləndirmək;
• Struktur fəaliyyətinin inkişafı üçün planlar və təkliflər hazırlamaq;
• İşə qəbul imtahanlarında iştirak etmək;
• Əmək intizamını pozan işçilərin intizam qaydalarına uyğun olaraq cəzalandırılması üçün təkliflər vermək;
• İllik mal-material və avadanlıqlar üzrə tələbnamələrin hazırlanmasında iştirak və alınmış aktları imzalamaq;
• Xəbərdarlıq təmir plan qrafikinin hazırlanmasında iştirak etmək;
• Qəzalı, yan lülənin qazılması və mürəkkəbləşmiş quyular barədə üst qurumun aidiyyatı üzrə istehsalat şöbəsinə məlumat vermək;
• Quyularda görülən və görüləcək işlər barədə məlumatları rəhbərliyə təqdim etmək;
• Texniki-iqtisadi göstəricilər, sementin sərfi, yuma işləri və boşdayanmalar haqqında hesabatların müvafiq qaydada hazırlanmasını və təqdim olunmasını təmin etmək;
• Növbədən kənar hazırlanmış tələbnamələri təsdiqləmək

Xüsusi tələblər

• Quyuların yeraltı və əsaslı təmir texnoloqiyasını və onun təşkilini;
• Sahəyə aid olan qərar, əmr, sərəncam, və başqa rəhbər materialları;
• Neft və qaz yataqlarının işlənməsi texnologiyasının əsaslarını;
• Quyuların yeraltı və əsaslı təmirində istifadə olunan avadanlıqların və alətlərin texniki xarakteristikalarını;
• Quyunun müayinəsi qaydalarını;
• Quyuağzının sınanması işlərini;
• Kəmərdəki defektlərin örtülməsi və kəmərin hermetikliyə sınanması qaydalarını;
• Quyuların sementlənməsini;
• Təcridetmə işlərini;
• Maili istiqamətlənmiş qazma işlərini;
• Quyudibinin möhkəmləndirilməsi işlərini;
• Quyudibi zonaya təsiri qaydalarını;
• Quyularda tutucu işlərini;
• Quyuların ləğvi və konservasiyası qaydalarını;
• İşçi meydançanın salınması qaydalarını;
• Boru kəmərlərinin istismar qaydalarını;
• Buruq inşaası, quraşdırılması və sökülməsi işlərini;
• Buruq inşaası, quraşdırılması və sökülməsi işlərini;
• Qoruyucu kəmərlərdə zədələrin aradan qaldırılması qaydalarını;
• Quyuağzı avadanlıqların sökülməsi və yığılması işlərini;
• Səyyar aqreqatların və qurğuların quraşdırılması işlərini;
• Ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını. 

Telegram kanalımız