Satış departamenti/Cihazların İdarə Edilməsi şöbəsinin rəhbəri

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cihazların idarə edilməsi strategiyasının yaradılması, inkişafı və idarə edilməsinə rəhbərlik etmək.
  • Cihaz biznesi ilə bağlı illik satış hədəflərinə və digər ƏPG-lərə (KPİ), marja planına nail olmaq.
  • Şirkətin hədəflərinə nail olmaq üçün zəruri resursları, büdcə və planları hazırlamaq.
  • Tərəfdaşlıq, vendor idarəetmə və distribyutor idarəetmə əsasında bazar strategiyalarını və biznes modellərini müəyyənləşdirmək.
  • Biznes vahidləri ilə birlikdə cihazlar üçün məhsul portfelini yaratmaq və onların strategiyalarını dəstəkləmək.
  • Məhsul təkliflərinə, texniki inkişafa, uyğunluq (komplayens) və satınalma proseslərinə nəzarət etmək.
  • Fərdi planlar əsasında komandanı formalaşdırmaq və inkişaf etdirmək.
  • Sahə təcrübələri (rəqibləri) və digər oxşar sahələr üzrə müqayisəli təhlil aparmaq.
  • Biznes vahidləri arasında əlaqələr qurmaq və imkanların üzə çıxarılmasında dəstək.
  • Biznesə müsbət və ya mənfi təsir göstərəcək sahə tendensiyalarını və cihaz idarəetmədəki dəyişiklikləri izləmək. Fürsətlərdən maksimum yararlanmaq və ya mənfi nəticələrin qarşısını almaq üçün strateji planlar hazırlamaq.
  • Satış və marketinq proseslərinin standartlaşdırılmasını, habelə əlaqəli departamentlərlə kommunikasiyanı həyata keçirmək və buna nəzarət etmək.
  • Hədəflərin Şirkət və Biznes məqsədlərinə uyğun təyin olunmasına nəzarət.
  • Üst səviyyə rəhbərliyə biznes və bazar göstəriciləri ilə bağlı müntəzəm olaraq məlumat və hesabat vermək.

Xüsusi tələblər

  • İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi.
  • Satış və Marketinq sahələrində Cihaz idarəetmə və Vendor idarəetmə üzrə ən azı 8 il təcrübə.
  • Güclü analitik bacarıqlar və kommersiya düşüncə tərzi.
  • Problemlərin çevik həll etmə və qərar vermə bacarığı; dəyişikliklərə açıqlıq.
  • Həm daxili, həm də xarici əlaqələr qurmaq üçün əla münasibət qurma və idarəetmə bacarıqları.
  • Əla ünsiyyət, danışıqların aparılması və təsir etmək bacarıqları.
  • Çoxsaylı tapşırıqları prioritetləşdirmək və idarə etmək qabiliyyəti.
  • Təzyiq altında işləmək və son icra tarixlərinə riayət etmək bacarığı.
  • Mükəmməl səviyyədə komandalar arası əməkdaşlıq etmək, əlaqələr yaratmaq, komanda qurmaq, təşkilatçılıq və liderlik.
  • Strateji planlaşdırma, nəticə-yönümlü idarəetmə və hesabatlılığa rəhbərlik etmək bacarığı.
  • MS Office proqramları üzrə mükəmməl bilik.
  • İnkişaf etməkdə olan texnologiyalar, tendensiyalar (qanunvericilik və digər tənzimləyici tələblər daxil olmaqla) və telekommunikasiya haqqında biliklər.

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız