Telefon rabitəsi xətt qurğularının və radiolaşdırmanın elektrik montyoru

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Şəbəkə xətlərinin çəkilişi, şəbəkə rozetkalarının və şəbəkə paylayıcılarının montajında iştirak etmək;
• Şəbəkə xətlərinin testlənməsi və markirovkası işlərini yerinə yetirmək;
• Anten-fider qurğularının texniki vəziyyətini yoxlamaq və profilaktika işlərini görmək;
• Radiostansiyalarda və simsiz rabitə vasitələrində baş vermiş zədələnmələri aradan qaldırmaq;
• Radiostansiyaların və simsiz rabitə vasitələrinin qəzalı vəziyyətdə olan hissələrini yenisi ilə əvəz etmək;
• Yeni qurğuların işə salınması vaxtı texniki sənədləri yoxlamaq;
• Yerinə yetirilən işlər üzrə texniki sənədləşməni aparmaq;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müvafiq təlimatların tələblərini yerinə yetirmək.

Qeyd:Əmək haqqı 4.33 azn/saatliq təşkil edir

Xüsusi tələblər

• Telefonlaşdırmanın prinsiplərini;
• Kabel xətlərində ölçmə və zədələnmələrin axtarış qaydalarını;
• Şəbəkə xətlərinin şəbəkə rozetkalarına və şəbəkə paylayıcılarına birləşdirilmə qaydalarını;
• Elektrik alətləri ilə işləmə qaydalarını;
• Şkaf kitablarının və telefon kanallarının hesabının aparılma qaydalarını;
• Kabel xətlərində məftil cütlərini saymaq qaydasını;
• Kabel axtarıcısının iş prinsipini;
• Telefon aparatının sxemini, konstruksiyasını və birləşdirmə qaydasını;
• Kabel xətlərində kabellərin ilkin və ikinci parametrlərini;
• Kabellərdə ölçmələrin sxemlərini və zədələnmiş kabel xətlərinin yerinin təyin edilmə üsullarını;
• Telefon şəbəkələrinin qurulma qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Telegram kanalımız