Təmirə dayanma işləri üzrə planlama texniki

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərini sahədə yoxlamaq və ətraflı hesabat hazırlamaq;
  • Planlaşdırılmış əsaslı təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq iş addımlarını (iş planını) sahə komandası ilə birlikdə hazırlamaq;
  • Standart işlər üçün iş addımı (iş planı) formatını hazırlamaq və mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını hazırlamaq; 
  • Sahədən təqdim edilmiş “ iş metodu” üçün lazım olduqda iş addımlarını (iş planının) hazırlamaq;
  • İş prosesləri zamanı işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək, 
  • Təmir hazırlıq və təmir zamanı sahədə işin gedişatının proqresini toplamaq və sistəmə daxil etmək,
  • Təmirin sonunda planlaşdırılan və rellaşan iş həcmlərini analiz edib uyğunsuzluqlar barəsində rəhbərinə məlumat vermək,
  • Təmir işləri ilə əlaqədar günlük, həftəlik və aylıq hesabatlar hazırlamaq.
  • SAP proqramında iş bildiriş və iş sifariş yaradılmasının bilmək. İş addımlarını (iş planını) SAP PM moduluna işləmək;
  • Əlavə çıxan işlər üçün iş addımlarını yazmaq və SAP PM moduluna əlavə etmək;
  • Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təmin etmək;
  • Cavabdeh olduğu işlərin gedişatı haqqında rəhbərinə hesabatlar hazırlamaq və məlumatlandırmaq;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
  • İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə texniki təhsil (peşə, orta-ixtisas və s.);
  • Sənayedə mexaniki təmir və təmirin planlaşdırma sahəsində 2 il iş təcrübəsi olmalı;
  • Yoxlanışlar aparmaq üçün, hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
  • Yoxlanışlar aparmaq üçün, qapalı sahələrdə işləmək bacarığı və təcrübəsi olmalı;
  • Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
  • Təzyiq və stresin idarə olunması qabuliyyəti və problemləri həll etmə bacarığı olmalı;
  • Mexaniki cizgiləri oxuma bacarığı;
  • MS Office, Adobe Acrobat reader proqrmalarında işləmək bacarığı;
  • Primavera P6, SAP PM modulu ilə işləmək bacarığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız