İstehsalat təlimi ustası (İMO kursları üzrə)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

● Kursları tədris planlarına uyğun aparmaq;
● Digər mütəxəssislərlə əməkdaşlıq edərək təlim mərkəzinin inkişafında fəal iştirak etmək;
● Təlim və tədrisin keyfiyyətinin artırılması və inkişaf istiqamətində işlər görmək və təkliflər irəli sürmək, inkişaf edən texnologiyaların yeniliklərini nəzərə alaraq tədrisin maddi texniki bazasını inkişaf etdirmək;
● Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak etmək;
● Qabaqcıl təcrübənin, yaradıcı təşəbbüsün inkişafına, səməriləşdirici təkliflərin və ixtiraların tətbiqinə kömək etmək;
● Texniki cəhətdən əsaslandırılmış norma və normalaşdırılmış tapşırıqların tətbiqini həyata keçirmək;
● Əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlanmasında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak etmək;
● Dinləyicilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etmə

Xüsusi tələblər

● Beynəlxalq Dəniz Təşkilatının əsas konvensiyalarını (STCW-78/95, SOLAS-74, MARPOL-73), Təhlükəli yüklərin dəniz daşımaları Məcəlləsi (IMDG Code), Əmniyyətli İdarəetməyə dair Beynəlxalq məcəllə (ISM Code), Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə (İSPS Code), Model Kursları haqqında ümumi məlumatları,
● Platformalarda və gəmilərdə yanğınlarla mübarizənin əsaslarını;
● Platformalarda və gəmilərdə tətbiq edilən fərdi və kollektiv xilasetmə vasitələrini;
● Platformada qəza baş verərkən sağ qalma uğrunda mübarizəni;
● Platformada sağ qalmaya aid olan texniki vasitələrin və avadanlığın düzgün istismarını və onlara texniki qulluğu;
● Böhran zamanı insan kütlələrinin idarə edilməsinin metodikasını;
● Gəmidə əmniyyətli idarəetmə və gəminin mühafizəsi üzrə həyata keçirilən tədbirləri;
● Dənizdə həyat fəaliyyətinin təhlükəsizli;
● Təhlükəli və zərərli yüklərin təhlükəsiz daşınması qaydalarını;
● Tankerlərdə maye yüklərin daşınması qaydalarını və yükləmə-boşaltma proseslərini;
● Gəmilərdə yüklərin yerləşdirilməsinə qoyulan beynəlxalq tələblərini;
● Gəminin yük planının tərtibatı qaydalarını;
● Dəniz daşımalarının logistikası, hüquqi tənzimlənməsi və daşıma prosesinin sənədləşdirilməsini;
● Dənizlə daşınan yüklərin saxlanması, qablaşdırılması, yüklənib-boşaldılması və markalanması qaydaları;
● Əməyin və idarəetmənin əsaslarını;
● Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikasını, istehsalat sanitariyasını və yanğından mühafizə qayda və normalarını

Oxşar vakansiyalar

  • Qarabağ

  • Razılaşma yolu ilə

  • Bakı

  • 600 AZN

 
  • Bakı

  • 450 - 500 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız