Brend məhsullarının satışı üzrə məsləhətçi

Bakı

VIP Xidmətlər Qrupu MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hava limanında aviasərnişinlərə brend məhsullarının seçimində kömək etmək, onların təyinatı, istifadə qaydaları, zəmanəti, keyfiyyəti barədə dolğun məlumat vermək;
  • 1C retail modulunda məhsulun referans kodu, qiymətləri, şəkli və ya digər məlumatlarında uyğunsuzluq olduğunda satışı rəsmiləşdirmədən öncə aşkar etmək, tabe olduğu rəhbərinə məlumat vermək:
  • Satışı prosedura uyğun rəsmiləşdirmək, aviasərnişinə bütün müvafiq çekləri təqdim etmək;
  • Vitrinlərin və şkafların səliqəsini, merçendayzinqin düzgünlüyünü, uyğun kolleksiyaların düzülüşünü, məhsulların düzgün bölgüsünü təmin etmək.
İş rejimi:

  • İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00)
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Nəqliyyat ilə təmin etmə.

Əmək haqqı:

  • aylıq məvacib 900-1000 manat NET təşkil edir + bonus (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Xüsusi tələblər

  • Cinsi: Qadın;
  • Təhsil: Orta təhsil;
  • Yaş həddi: 20 – 35 yaş;
  • İş təcrübəsi: 1 ilədək;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək (B1-B2);
  • Xoş və görkəmli görünüşlü;
  • Müştərilərlə ünsiyyətdə gülərüz və rahat;
  • Ünsiyyət bacarığı, işdə nizam-intizamlı;
  • Gecə növbəsində işləyə bilmə.

Müraciət üçün:

  • Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Brend məhsullarının satışı üzrə məsləhətçi” qeyd edərək [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
  • DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 700 AZN

Telegram kanalımız