İdxal üzrə menecer

Bakı

Bravo Supermarket

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bazar araşdırmalarının aparılması, bazar tendensiyalarının təhlili və bu biliklərin satınalma haqqında düşünülmüş qərarların qəbul edilməsi üçün tətbiqi;
  • İstehlakçı alış modelində tendensiyaların proqnozlaşdırılması üçün keçmiş satış məlumatlarının təhlili;
  • Satınalma müraciətlərinin dəqiqləşdirilməsi, departamentlərin ehtiyaclarının müəyyənləşdirilməsi və gələcək alış sifarişləri üçün şərtnamələrin dəqiqləşdirilməsi məqsədilə ticarət qrupu ilə əməkdaşlıq etmək;
  • Kataloqlar vasitəsilə, milli və beynəlxalq ticarət yarmarkalarında və tədbirlərində iştirak edərək yeni məhsulların axtarışı və seçilməsi;
  • Yeni tədarük və məhsul mənbələrinin öyrənilməsi və yaradılması;
  • Tədarükçülərlə münasibətlərin qurulması və onlarla ən yaxşı qiymətlər, şərtlər haqqında danışıqların aparılması;
  • Təkliflərin şirkətin idxal strategiyasına uyğun qiymətləndirilməsi;
  • Müqavilə və sənədləşdirmə işlərinin tam dövrəsinin icrası;
  • Satınalma əməliyyatlarının dövlətin və şirkətin siyasət və prosedurlarına uyğun olaraq işlənib-hazırlanması;
  • Sifarişlərlə bağlı problemlərin səmərəli şəkildə və vaxtında həlli;
  • Mal ehtiyatının müvafiq səviyyələrdə saxlanılmasını təmin etmək məqsədilə Paylama Mərkəzi və filiallarda idxal ehtiyatlarının yenilənməsi;
  • Əsas xətləri tanıtmaq üçün mağazalarda idxal olunan məhsulların yerləşdirilməsinin planlaşdırılmasında vizual merçendayzerlərə kömək göstərmək;
  • İdxal olunan məhsulların təşviqi məqsədilə reklam şöbəsi ilə işləmək;
  • Bazar dəyişikliklərinin, rəqiblərin və malların qiymətlərinin monitorinqi;
  • Yeni marketinq və satış imkanlarının qiymətləndirilməsi, bu qiymətləndirmələrin müvafiq rəhbərliyə təqdim edilməsi;
  • Gündəlik, həftəlik, aylıq, illik hesabat və analitik materialların hazırlanması;
  • Kateqoriyalar əsasında idxal payının artırılması strategiyasının hazırlanması və tətbiqi.

Xüsusi tələblər

  • Marketinq, (Beynəlxalq) Biznes, Maliyyə və ya hər hansı digər əlaqəli sahədə təhsili olan şəxslərə üstünlük verilir;
  • Ticarət, kommersiya, satınalma, idxal sahəsində 3 il təcrübə;
  • Ən yaxşı halda, bənzər vəzifədə təcrübəyə malik olmaq;
  • Satış və marketinq strategiyalarını yaxşı anlamaq;
  • Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük;
  • Mal daşınması proseslərini asanlıqla başa düşmək və təşkil etmək bacarığı;
  • İngilis və Rus dillərində yaxşı səviyyədə biliklərə sahib olmaq.


Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “İdxal üzrə menecer” qeyd etməklə edə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • 500 - 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

SEO
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız