Biznes təhlilçi

Bakı

Bestcomp Group

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı.
• Biznes ehtiyaclarının/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün olan spesifikasiyaları nəzərdən keçirmək/formalaşdırmaq.
• Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması.
• Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək.
• Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək.
• Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması.
• Həlllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək.
• Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq.
• Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları.
• İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək.
• Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.

Xüsusi tələblər

• Maraqlı tərəflərin səmərəli cəlb edilməsi
• Güclü analitik və problem həll etmə bacarıqları
• Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri
• Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
• Əməkdaşlıq və Komanda işi
• Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı
• Yaxşı dinləyicilik və ünsiyyətcillik qabiliyyəti
• Müsbət münasibət
• Güclü İş Etikası
• Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək
• Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları
• İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Maliyyə üzrə bakalavr dərəcəsi
• Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 3+ illik təcrübə 
• Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür.
• Biznes təhlili. 
• İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi.
• MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri. 
• Baza SQL bilikləri. 
• Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri.


Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 1200 - 1500 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 400 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız