Müəssisənin mühasibat uçotunun təşkilinin təmin edilməsi;
Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi;
Bəyannamələrin hazırlanması və təqdim edilməsi;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
Sənədlərin qanuni və vaxtında düzgün şəkildə tərtib edilməsinə nəzarət etmək;
Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqlarının və digər ödənişlərinin aparılması;
Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı sənədlərin hazırlanması;
İlkin mühasibat sənədlərinin hesablaşmaların və ödəniş öhdəliklərinin tərtib olunması və hesablanmasına nəzarət etmək;
Balans və avans hesabatının aparılmasını təmin etmək;
Hesab və elektron qaimə-fakturaların düzgün şəkildə yazılması;
Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
Gündəlik hesablar üzrə qalıqlar hesabatının tərtib olunması;
Mal, xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
İş qrafiki: 6 günlük;
İş saatı: 09:00 - 18:00.
Xüsusi tələblər
Təhsil: Ali iqtisadi təhsil (iqtisadiyyat, mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
Təcrübə: Mühasib kimi 5 ildən artıq iş təcrübəsi (İstehsalat sahəsində təcrübəli olması üstünlükdür);
Kompüter bacarıqları: MS Office, 1C (8.3);
Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri əlavə üstünlük hesab edilir);
Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
Beynəlxalq sertifikatın olması üstünlükdür;
Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti.