İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün filiala daxil olan sənədlərin icrasını təmin edir;
Vəkalətnamə əsasında filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
Layihə sənədlərinin ekspertizasını keçirir;
Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
Filialın fəaliyyət ərazisində sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün tikinti obyektlərinin qaz qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
İş bölgüsü üzrə filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
İş bölgüsü üzrə filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
Öz fəaliyyəti barədə filial rəisinə hesabat verir;
Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
Əmək müqaviləsində və filialın əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Xüsusi tələblər
Yaş: 25-45;
Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il;
Təhsil: Texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil;
Kompüter bacarıqları: Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.