Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
Layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
Texniki hesabatların, aktların və Layihə-smeta sənədlərinin hazırlanması;
Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak edilməsi;
Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır;
Layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.
Bilməlidir:
Azərbaycan respublikasının nazirlər kabinetinin, dövlət şəhərsalma və arxitektura komitəsinin əmr, qərar, sərəncam və göstərişlərini;
Müasir standart və normativ sənədləri, elmi-texniki tərəqqinin son nailiyyətlərini, işlənilən layihələrin həyata keçirilməsi üçün mövcud texniki imkanları;
Öz sahəsi üzrə işlənmiş cizgiləri oxumağı;
Öz sahəsi üzrə olan qurğu, avadanlıq, konstruksiyalar haqqında məlumatlı olmalı;
Resurs metodu ilə smeta proqramında işləməyi;
Dövlət element smeta normalarından (desn) istifadə qaydalarını;
Üstəlik xərc və plan yığımının hesablanma qaydalarını;
Müxtəlif desn-lərdən layihənin texnologiyasına uyğun quraşdırma qiymətləndirmələrini təyin etməyi;
Hər bir qiymətləndirmə bəndinin içərisində ona daxil olan mexanizm və materiallara diqqət yetirməli və lazım gəldikdə layihəylə uyğunluğu təmin etmək üçün əvəzləmə əməliyyatını yerinə yetirməyi;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını, mülki müdafiə qaydalarını.
Xüsusi tələblər
Müvafiq sahə üzrə ali təhsil və diploma malik olmalı.
İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis diplomunu CV-nə əlavə etməlidir;
Minimum 3-5 il uyğun vəzifə üzrə iş təcrübəsi olmalı
CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis" qeyd edərək müraciət edə bilərsiniz.