Kafedranın illik iş planını təsdiq etmək və onun fəaliyyətinə rəhbərlik etmək;
Ayda bir dəfədən az olmayaraq kafedra iclasını təşkil etmək və onun sənədləşdirilməsini təmin etmək;
Kafedra iclaslarınıayda bir dəfədən az olmamaqla, hər növbəti ayın 10-dək təşkil etmək, kafedra iclaslarına sədrlik etmək, kafedra iclaslarının qərarlarını təsdiq etmək və protokolunu 5 gün ərzində rektorluğa təqdim etmək;
Kafedrada tədris olunan fənlər üzrə müəyyən olunmuş qaydada tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik etmək və onları təsdiq etmək, bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin etmək, auditoriyadankənar dərslərin keçirilməsini təşkil etmək;
Aidiyyəti üzrə tədris olunan ixtisaslar üzrə tədris planının tərtib edilməsini təmin etmək;
Qanunvericiliklə və universitetin daxili aktları ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla kafedranın professor-müəllim heyətinin illik dərs yükünün bölgüsünü tədris ilinin 01 iyul tarixinədək aparıb Universitetin müvafiq şöbəsinə təhvil vermək (onun müzakirəsi və təsdiqinin təşkil edilməsi daxil olmaqla);
Hər semestrin başlanmasınadək professor-müəllim heyətinin fərdi və təqvim planlarını, sillabusları, illik işçi planlarını yoxlamaq və təsdiq etmək;
Qanunvericiliyə uyğun olaraq professor-müəllim heyəti seçkiləri ilə bağlı kafedrada müzakirə təşkil etmək;
İmtahan sessiyasının başlamasına 1 (bir) ay qalmış imtahan suallarının və biletlərinin yoxlanılmasını və təsdiqini təmin etmək;
İmtahan sessiyasının başlamasına 10 (on) gün qalmış kafedra əməkdaşlarından ibarət imtahan nəzarətçi cədvəlini təsdiq etmək və onların (imtahan nəzarətçilərinin) fəaliyyətinə nəzarət etmək;
Kafedra müəllimlərinin aylıq açıq dərslərini təşkil etmək, onun nəticəsini təhlil etmək və rektorluğa mütəmadi hesabat vermək;
Kafedra əməkdaşlarının illik iş planlarının hazırlanmasını, habelə illik elmi hesabatının hazırlanmasını və Elm şöbəsinə vaxtında təqdim edilməsini təmin etmək
Təhsilin bütün formaları üzrə laborator, praktik seminar məşğələlərin və kafedranın fəaliyyəti ilə bağlı digər tədbirlərin təşkili və keçirilməsində kafedra üzvlərinə rəhbərlik etmək;
Yekun buraxılış imtahanlarına, istehsalat təcrübəsinə, diplom layihələrinə, tələbələrin müstəqil işlərinə, tələbələr arasında təlim-tərbiyə işlərinin təşkilinə rəhbərlik etmək;
Təcrübədə iştirak edəcək tələbələr üçün ixisaslarına uyğun təcrübə müəssisəsi müəyyənləşdirmək;
Təsdiq olunmuş iş planına uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparmasına şərait yaratmaq, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirmək və onların nəticələrinin istehalatda tətbiqinə nəzarət etmək;
Doktorant/dissertantların illik attestasiyadan keçirilməsinə nəzarət etmək, dissertasiyaların müzakirəsini və ixtisas imtahanlarını təşkil etmək;
Fakültə üzrə elmi-metodiki və elmi seminarların təşkilini təmin etmək;
Hər il kafedranın fəaliyyəti barədə Fakültə Elmi Şurasına hesabat təqdim etmək;
Hər təqvim ili üçün Thomson Reuters-Clarivate Analitics elmi bazasında indekslənən və İmpakt Faktor almış jurnallarda, həmçinin Scopus bazasında olan jurnallarda şəxsən ən
azı 1 (bir), kafedra üzrə isə kafedra əməkdaşlarının sayının 1/10 nisbətinə uyğun sayda elmi məqalə çap etdirmək; elmi-tədqiqat universiteti adını almaq üçün hazırlanmış tədbirlər planı üzrə görülmüş işlər üzrə hər təqvim ili üçün hesabat vermək;
Kafedra əmakdaşlarının universitetdə keçirilən profilə uyğun elmi konfrans, simpozium və sair tədbirlərin təşkilində fəal iştirakını təmin etmək, habelə yerli və beynəlxalq konfrans və digər elmi tədbirlərdə iştirakını təşviq etmək;
Beynəlxalq təcrübəni araşdırmaq və uyğun olduğu halda rəhbərliklə razılaşdırmaqla kafedranın fəaliyyətində tətbiq etmək;
Zəruri hallarda digər universitetlərin kafedraları, elmi-metodik şuraları və başqa qurumlarla əlaqələr yaratmaq;
Kafedraya aid olan fənlər üzrə dərs və dərs vəsaitlərinin əldə olunmasını təmin etmək;
Ustad dərslərin keçirilməsini təşkil etmək;
Kafedrada fəaliyyət göstərən işçilərin əmək, icra və xidmət intizamına nəzarət etmək, onlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, inkişafı üçün şərait yaratmaq;
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Xüsusi tələblər
Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
Elm, tədris-tərbiyə sahəsində innovativ təcrübələri;
Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə yetirilməməsinə görə
Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş əmək funksiyasının yerinə yetirmədiyinə görə;
Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən məlumatların qorunmamasına görə məsuliyyət daşıyır
Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)
Kompüter bilikləri: MS ofis proqramları
Bilavasitə tabe olduğu şəxs: Tədris işləri üzrə prorektor