Avtomatika üzrə mütəxəssis

Kürdəmir

Azersun Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Müəssisə:  Şamaxı Dairy Farm MMC

•    Lokal nəzarət prosesləri üçün proqramların yazılması;

•    Avtomatik nəzarət sistemlərində istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;

•    Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;

•    Həssas ölçü cihazlarının nizamlanması;

•    Yeni cihazların sınaqlarının həyata keçirilməsi;

•    Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət edilməsi.

•    Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini və lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmali:

•    Avtomatik idarə etmə sistemində və sahə cihazlarinda nasazlıq müəyyən edildikdə təmirini həyata keçirmək, işini təmin etmək.

•    Pnevmatik sistemlərin idarə etmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri aradan qaldırmaq.

•    Növbəli iş qrafiki,

•    Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Xüsusi tələblər

•    Ali təhsilli olmalı ;

•    Avtomatika sahəsində minimum 2 il iş təcrübəsi olmalı;

•    PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirinin əsaslarını bilməli;

•    SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) haqqinda bilikləri olmalı və lazim olduqda müəyyən dəyişikliklər etməyi bacarmalı;

•    PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;

•    Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;

•    AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;

•    Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini, lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmalıdır


Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “Avtomatika üzrə mütəxəssis” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız