SƏTƏM Mühəndisi

Şuşa

Ramco

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət edilməsi;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsi;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edilməsi və təkliflərin verilməsi;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak edilməsi, uyğunsuzluqlarla bağlı tədbirlər planı hazırlayaraq uyğun vəziyyətə gətirilməsinin təşkili;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində və tətbiqində iştirak edilməsi;
  •  İşə götürülənlərlə giriş təlimatının aparılması və işçilərə əməyin mühafizəsi ilə bağlı mütəmadi və planlı təlimlərin verilməsi, işçilərin təlim sonrası bilgi səviyyəsinin yoxlanılması və meydana çıxan məlumatsızlıq olarsa aradan qaldırılmasına köməklik edilməsi;
  • Qulluqçuların, mühəndislərin və texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak edilməsi, bilgi səviyyəsinin yüksəldilməsinə dair planlı işlər görülməsi
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlər və təlimlərin həyata keçirilməsi;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • İşçilərin tibbi müayinədən keçirilmə perioduna nəzarət edilməsi və periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi;
  • Müəssisədə qida terroruna (food defence) qarşı tədbirlər planın hazırlanması və risklərə qarşı önləyici tədbirlərin tətbiqi;
  • Əməyin təhlükəsizliyi üçün qanunvericiliyin normaları və qaydalarına uyğun təlim planının hazırlanması və tətbiq edilməsinin həyata keçirilməsi;
  • Səs-küy səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, temperatur, nəmişlik və başqa istehsal faktorlarının ölçülməsi və normaya uyğunluğunun periodik təyin edilməsinin icrası.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Sahə üzrə minimum 3 illik iş təcrübəsi olmalı;
  • SƏTƏM üzrə müvafiq sertifikatlar üstünlükdür;
  • Məsuliyyətli olmalı, komandada və stressli vəziyyətdə işləməyi və təşkilatçılıq etməyi bacarma

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM Mühəndisi (Şuşa, Daşaltı)” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız