Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Yerli bölmələr, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Tədrisin keyfiyyəti sektoru/Sektor müdiri (1 yer)

Lənkəran

Elm və Təhsil Nazirliyi
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektorun işinə ümumi rəhbərlik və icra intizamına nəzarət edir, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin edir;
  • Səlahiyyətləri daxilində dövlət təhsil siyasətinin həyata keçirilməsində və təhsil qanunvericiliyinin icrasının təmin edilməsində iştirak edir;  
  • Sektorun səlahiyyətinə aid məsələlər üzrə dövlət müəssisələrində və ictimai təşkilatlarda İdarəni təmsil edir;
  • Sektorun fəaliyyət strategiyası və taktikasının müəyyənləşdirilməsi, aparılan işlərin əlaqələndirilməsi və tənzimlənməsini təmin edir;
  • Sektorun illik fəaliyyət planının hazırlanmasının təmin edilməsi və onların yerinə yetirilməsi haqqında sektorun hesabatını İdarə rəhbərliyinə təqdim edir;
  • Ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılmasını, nəticələrin təhlil edilməsini və təkliflərin hazırlanmasını təmin edir;
  • İstedadlı uşaqlarla işin aparılmasını, təhsilalanlar və ya təhsilverənlər arasında müxtəlif müsabiqə və layihələrin təşkilini və keçirilməsini təmin edir;
  • Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsili və sosial müdafiəsi sahəsində işin təşkili ilə bağlı məlumatların toplanılmasını, ümumiləşdirilməsini və təkliflərin hazırlanmasını təmin edir;
  • Uşaqların təlim-tərbiyəsinin  həyata keçirilməsində pedaqoji kollektivlərlə ailə və ictimaiyyətin fəaliyyətinin əlaqələndirilməsini, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının mühafizəsi işini təşkil edir; 
  • Ümumi təhsildə yeniliklərlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirlməsini təmin edir;
  • Təhsil müəssisələrinin inkişafı və optimallaşdırılması üzrə təkliflərin hazırlanmasında iştirak edir;
  • Təhsilalanların zərərli vərdişlərdən qorunması məqsədilə tədbirlər planının hazırlanmasında iştirak edir;
  • Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi prosesinin tənzimlənməsi prosesinə nəzarətin həyata keçirilməsini təmin edir;
  • Tam orta təhsil səviyyəsində təmayülləşmənin şəbəkəsinin genişləndirməsi ilə bağlı təkliflər verir;
  • Məktəbəqədər, ümumi və məktəbdənkənar təhsillə bağlı müxtəlif statistik məlumatların toplanmasını, sistemləşdirilməsini, təhlilini və müvafiq təkliflərin hazırlanmasını təmin edir;
  • Regional təhsil idarəsinin tabeliyində olan ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin idarəolunmasına təşkilati-pedaqoji və metodiki köməkliyi göstərir;
  • Ümumi təhsil müəssisələrində tədris ilinin əvvəlində sinif kompleklərinin müəyyənləşdirilməsi prosesinin təşkilini təmin edir;
  • Tədris prosesində yeniliklərlə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin edir;
  • İcbari ümumi orta təhsilin həyata keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir;
  • Sektora müraciət etmiş vətəndaşların qəbulunun həyata keçirilməsini, qanunvericiliklə müəyyən edilmiş qaydada sektora daxil olmuş şifahi və yazılı müraciətlərə vaxtında və ətraflı baxılaraq icrasını təmin edir;
  • Digər struktur bölmələrlə qarşılıqlı fəaliyyətin təşkili üçün işlərin görürülməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, təbiət ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • təhliletmə; problem həlletmə; 
  • qərar vermək bacarıqları; 
  • komandada işləmək bacarığı 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];


Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız