Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Yerli bölmələr, Mərkəzi Aran Regional Təhsil İdarəsi, İnzibati təşkilat sektoru/Baş məsləhətçi (1 yer)

Yevlax

Elm və Təhsil Nazirliyi
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdarənin fəaliyyət istiqaməti üzrə əmr, təlimat, əsasnamələr və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak edir
  • Məktub və ərizələrə cavab hazırlayarkən aidiyyəti məsələlər üzrə araşdırmalar aparır, qanunvericiliklə həmin məsələlərin tənzimləmə mexanizmini müəyyənləşdirir, toplanmış material barədə sektor müdirinə məlumat verir
  • Sektorun fəaliyyət sahəsinə aid məsələrlərlə bağlı dövlət orqanlarından, müəssisə, idarə və təşkilatlardan, habelə vətəndaşlardan daxil olan məktub və ərizələrə  cavab hazırlayır
  • İdarənin Fəaliyyət Planına uyğun olaraq aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanmasında iştirak edir, arayışlar, hesabatlar, təqdimatlar və digər materiallar hazırlayır
  • İdarənin Aparatına əməkdaşların işə qəbulu, vəzifə dəyişimi, işdən azad olunması və s. sənədləşmə işlərinin “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilməsində iştirak edir
  • Kadrların müvafiq qaydada uçotunu aparır, əmək müqavilələrinin hazırlanması və məlumatların elektron hökumət portalına daxil edilməsini təmin edir
  • İdarənin tabeliyindəki təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlara olan ehtiyacını nomenklaturaya uyğun olaraq təmin edilməsi istiqamətində işlər görür
  • Əmək kitabçalarında müvafiq qeydlərin aparılmasını, əmək kitabçalarının qeydiyyata alınmasını, müəyyən olunmuş qaydada saxlanılmasını və mühafizəsini həyata keçirir
  • Kargüzarlıq fəaliyyəti ilə əlaqədar materialların düzgün formalaşdırılması, mühafizəsi və vaxtında arxivə təhvil verilməsini təmin edir
  • Elektron sənəd dövriyyəsinin təşkil edilməsi və elektron sənədlərlə kargüzarlığın aparılmasında iştirak edir
  • Vətəndaşların qəbulu işini təşkil edir və “Vətəndaşların qəbulu Portalı”na nəzarət edir
  • İctimaiyyətlə əlaqlər işinin səviyyəsini yüksəltmək məqsədilə təkliflər verir və müvafiq müzakirələrdə iştirak edir
  • İdarənin tabeliyindəki təhsil müəssisələrinin saytlarının və sosial şəbəkə səhifələrinin fəaliyyətinə nəzarət edir
  • İdarənin tabeliyindəki təlim-tərbiyə müəssisələrinin rəhbər və pedaqoji kadrlara olan ehtiyacını müəyyən edir və bu istiqamətdə təkliflər verir
  • Məxfi sənədlərlə işi təşkil edir
  • Regional idarədə qulluğa qəbulun qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsində iştirak edir
  • Tabe qurumlara qəbul edilən texniki işçilərin “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın tələblərinə uyğun qəbulun həyata keçirilməsinə nəzarət edir
  • Dövlət Qulluqçularının Reyestri İnformasiya sisteminə məlumatları daxil edir
  • Sektor müdiri və ya İdarə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Telegram kanalımız