Şöbə müdirinin müavini (Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsi, Əməyin sosial məsələləri üzrə icraya nəzarət sektoru)

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • əmək münasibətləri ilə bağlı qanunvericilik aktlarının düzgün icra olunmasına dövlət nəzarətini həyata keçirr
  • kollektiv müqavilələrin və sazişlərin şərtlərinin yerinə yetirilməsinə və işçilərlə yaranan əmək münasibətlərinin Əmək  Məcəlləsində nəzərdə tutulmuş qaydada təmin edilməsinə nəzarəti həyata keçirir
  • güzəştli şərtlərlə əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən istehsalatların, sexlərin, peşələrin, vəzifələrin siyahısının düzgün tətbiq edilməsinə və qanunvericiliyə müvafiq olaraq əlverişsiz əmək şəraitində işləyənlərə güzəştlərin və ödənclərin verilməsinə nəzarət edir
  • üç tərəfli sosial əməkdaşlıq prinsipi əsasında işəgötürənlər və həmkarlar ittifaqı təşkilatları ilə qarşılıqlı əməkdaşlığa kömək göstərir
  • işəgötürənlərə və işçilərə qanunvericilik aktları və onun tətbiqi barədə metodiki kömək göstərmək, eləcə də lazım gəldikdə seminarlar təşkil edir
  • öz səahiyyətləri daxilində regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinə metodiki və əməli köməklik göstərir
  • şöbənin fəaliyyəti barədə hesabat hazırlayır
  • xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər verir
  • xidmətin Bakı şəhər İdarəsindən və regional şöbələrdə araşdırılmış müraciətlərin qanunauyğun araşdırılmasına nəzarət edir
  • qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirir
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət: 01.05.2024 18:00


Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, materialşünaslıq mühəndisliyi, dağ-mədən mühəndisliyi, neft-qaz mühəndisliyi, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, metallurgiya mühəndisliyi, maşın mühəndisliyi, nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, mexanika mühəndisliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, kimya mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi , sənaye mühəndisliyi, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: yoxdur
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;


Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Qarabağ

  • Razılaşma yolu ilə

 
  • 450 AZN

 
  • Sumqayıt

  • 500 - 600 AZN

Telegram kanalımız