Baş məsləhətçi - baş əmək müfəttişi ( Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi, 2 saylı ərazi üzrə əməyin sosial məsələlərinə nəzarət sektoru (Xəzər, Pirallahı))

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək haqqı, əməyin ödənilməsi, əmək münasibətləri, əmək şəraiti, iş vaxtı rejimi, istirahət vaxtı,  məzuniyyət, sosial və şəxsi sığortalar, istehsalatda  baş verən  bədbəxt hadisələrdən icbari sığorta,  qadınların, əlillərin və yaşı 18-dən az olan şəxslərin əməyindən qanunvericiliyə uyğun  istifadə olunması ilə bağlı qanunvericilik aktlarının düzgün icra olunmasına dövlət nəzarətini həyata keçirir
  • Kollektiv müqavilələrin və sazişlərin şərtlərinin yerinə yetirilməsinə və işçilərlə yaranan əmək münasibətlərinin Əmək  Məcəlləsində nəzərdə tutulmuş qaydada təmin edilməsinə nəzarəti həyata keçirir
  • Güzəştli şərtlərlə əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən istehsalatların, sexlərin, peşələrin, vəzifələrin siyahısının düzgün tətbiq edilməsinə və qanunvericiliyə müvafiq olaraq əlverişsiz əmək şəraitində işləyənlərə güzəştlərin və ödənclərin verilməsinə nəzarət edir
  • İşəgötürənlərə və işçilərə əməyin sosial-hüquq məsələləri üzrə qanunvericilik aktları və onun tətbiqi barədə metodiki kömək göstərir, eləcə də lazım gəldikdə seminarlar təşkil edir
  • Öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edir və digər məsuliyyətə cəlb olunması üçün rəhbərlik qarşısında məsələ qaldırlr
  •  fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə Nazirliyin Aparatına və Beynəlxalq Əmək Təşkilatına hesabatların hazırlanmasında iştirak edir
  • Xidmətin yerli orqanlarının təqdim etdiyi hesabatlarin təhlil edilməsində iştirak edir
  • Öz səahiyyətləri daxilində regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinə əməyin sosial-hüquq məsələləri üzrə metodiki və əməli köməklik göstərir
  • Sektorun fəaliyyəti barədə rüblük, yarımillik, doqquz aylıq və illik hesabat hazırlamaq və eləcə də  BƏT-ə göndərmək üçün nəzarət etdiyi məsələlər üzrə respublikada olan vəziyyət barədə məlumatın hazırlanmasında iştirak edir
  • Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər verir
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan müraciət, ərizə və şikayətlərə baxır, bununla bağlı müvafiq tədbirlər görür və qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırır
  • Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirir.
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət: 01.05.2024 18:00


Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur


Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 400 - 500 AZN

Telegram kanalımız