İqtisadiyyat şöbəsi/Şöbə müdirinin müavini (1 yer)

Bakı

Azərbaycan Energetika Nazirliyi
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq sahənin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, bu istiqamətlər üzrə inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsi fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir
  • Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edir
  • Ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, onları aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim edir və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edir
  • Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak edir
  • İcazələrin verilməsinə dair Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının və digər normativ hüquqi sənədlərin tələblərinin yerinə yetirilməsində iştirak edir
  • Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının icrasına nəzarəti həyata keçirir
  • Enerji effektivliyi və enerjiyə qənaət üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflərin verilməsində iştirak edir
  • Enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatının verilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi çərçivəsində Attestasiya Proqramı və test tapşırıqlarının hazırlanmasında iştirak edir
  • Enerji auditorları və enerji auditi üzrə təşkilatların fəaliyyətinə nəzarət çərçivəsində enerji auditi hesabatlarının (o cümlədən, enerji effektivliyi tədbirlərinin iqtisadi səmərəsinin) yoxlanılmasında iştirak edir
  • Müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edir
  • Aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir
  • Yanacaq-energetika, o cümlədən enerji səmərəliliyi sahəsində texniki normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir
  • müvafiq sahələr üzrə müşavirə və digər tədbirlərdə iştirak edir
  • Şöbənin fəaliyyəti ilə bağlı vətəndaşların və təsərrüfat subyektlərinin şikayət və müraciətlərinə baxılmasında və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməsində iştirak edir
  • Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata keçirir
  • Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsini həyata keçirir
  • Şöbə müdiri tərəfindən verilən digər vəzifələri yerinə yetirir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

              Qeydlər:

              • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
              • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
              • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
              • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


              Müsahibə elanının tarixi 17.04.2024 09:00

                Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 01.05.2024 18:00

                Xüsusi tələblər

                • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
                • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
                • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
                • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1 və ya Rus dili-B1; 

                Əlaqə məlumatları: 

                  Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

                    Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

                      Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

                        Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];


                          Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.


                              Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


                                  Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.


                                      Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.


                                          Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.


                                              Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.


                                                  Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

                                                  Telegram kanalımız