Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Rəhbərlik/Mərkəzi icra hakimiyyəti orqanı yanında olan orqanın rəhbərinin müavini - direktor müavini (1 yer)

Bakı

Azərbaycan Energetika Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentiyin fəaliyyətinin təşkil edilməsində iştirak edir;
  • Agentliyin idarə edilməsində iştirak edir;
  • Normativ hüquqi və normativ xarakterli aktların, yuxarı orqanların, Energetika Nazirliyinin tapşırıqlarının Agentliyin strukturları tərəfindən icrasına nəzarət edir;
  • Agentliyin fəaliyyət istiqaməti üzrə potensial və mövcud investorlarla danışıqlar aparır;
  • Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq məsləhətçi şirkətlərlə hüquqi sənədlərin hazırlanması prosesinə rəhbərlik edir və investorlarla birbaşa hüquqi danışıqlar aparır;
  • Beynəlxalq layihələrin həyata keçirilməsi prosesində risklərin minimallaşdırılması və dövlət maraqlarının qorunması istiqamətində tədbirlər görür;
  • Kurasiyası üzrə Agentliyin struktur bölmələrinin fəaliyyətini əlaqələndirir;
  • Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir;
  • Zəruri hallarda Agentliyin direktorunun funksiyalarını icra edir;
  • Agentliyin Əsasnaməsində göstərilən funksiyaların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;
  • Agentliyin direktorunun verdiyi əmr, sərəncam və tapşırıqları yerinə yetirir;

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

    • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

      Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

      • ali təhsil haqqında sənədin surəti;
      • əmək kitabçasının surəti.


      Qeydlər:

      • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

      Müsahibə elanının tarixi 17.04.2024 09:00
      Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 01.05.2024 18:00

          Xüsusi tələblər

          • Təhsilə dair tələblər: ali təhsil
          • İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
          • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
          • Xarici dil biliklərinə dair tələblər: Rus dili-C1; İngilis dili-C1;

          Əlaqə məlumatları: 

            Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

              Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

                Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

                  Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];


                    Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il   1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.


                        Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


                            Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.


                                Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.


                                    Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.


                                        Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.


                                            Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

                                            Oxşar vakansiyalar

                                             
                                            • Bakı

                                            • 450 AZN

                                             
                                            • Bakı

                                            • 500 - 600 AZN

                                             
                                            • Bakı

                                            • 700 AZN

                                             
                                            • Bakı

                                            • Razılaşma yolu ilə

                                             
                                            • Bakı

                                            • 700 - 800 AZN

                                            Telegram kanalımız