Şöbə müdiri (Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi)

Ağdam

Ağdam Rayon İcra Hakimiyyəti
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İcra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin işinin təşkilinə və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
  • İcra hakimiyyəti ilə bələdiyyələrin, aidiyyəti idarə, təşkilat, müəssisə və orqanların fəaliyyətlərinin əlaqələndirilməsini və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərilməsini təşkil edir;
  • Ərazinin sosial-iqtisadi inkişaf və ekoloji proqramlarının hazırlanmasında iştirak edir və nümayəndəliklərin  büdcəsinin formalaşmasına dair müəyyən edilmiş qaydada təkliflər verir;
  • Bələdiyyələrin rayonun sosial-iqtisadi inkişafında iştirakının, dövlət və yerli proqramların həyata keçirilməsində fəallığının artırılması istiqamətində tədbirlər görülməsini təmin edir;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestrinin formalaşdırılmasında, habelə onların xəritələrinin hazırlanmasında iştirak edir;
  •  Müvafiq ərazi üzrə yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında nümayəndə qismində iştirak edir;
  • Müvafiq ərazidə əhalinin ev təsərrüfatlarının uçotunun qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması işini təşkil edir və icrasına nəzarəti həyata keçirir;
  • Müvafiq ərazidə əhalinin siyahıyaalınması işinin təşkilini və nəzarəti səlahiyyətləri daxilində həyata keçirir;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
  • Seçki kampaniyaları dövründə qanunla yerli icra orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsini səlahiyyətləri daxilində təmin edir;
  • Müvafiq ərazidə vətandaşların hərbi xidmətə çağırışının, habelə hərbi təlim toplantılarına və ibtidai hərbi hazırlıq çağırışının təşkilini səlahiyyətləri daxilində təmin edir;
  • Müvafiq ərazidə beynəlxalq və dövlət əhəmiyyətli  bayramlara, tarixi və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş tədbirlərin təşkilində və keçirilməsində iştirak edir;
  • Müvafiq ərazidə pаspоrt rеjimi qаydаlаrının yеrinə yеtirilməsinə nəzarət edir, qаnunvеriciliyə uyğun оlаrаq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və nоtаriаt əməliyyаtı işlərinin həyata keçirilməsi üzrə lazımi tapşırıq və tövsiyələr verir;
  • İcra hakimiyyətinin müvafiq struktur bölməsi ilə birlikdə vətəndaşların yerlərdə səyyar qəbullarını təşkil edir;
  • Şöbənin işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə, komissiyaların və işçi qrupların işində iştirak edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə İcra hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini təqdim edir;
  • Şöbəyə daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;
  • Şöbənin iş planının hazırlanmasını təmin edir, iş planında nəzərdə tutulmuş tədbirlərin  vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin edir;
  • Tabeliyində olan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir.


Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2 və ya İngilis dili-A2;


Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Oxşar vakansiyalar

  • Bakı

  • 500 - 1000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 1500 - 2000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız