Şöbə müdirinin müavini ( İctimai-siyasi və humanitar məsələlər şöbəsi)

Bakı

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq ərazidə dini prosesləri izləyir, dövlət qurumları və dini icmalarla qarşılıqlı əlaqələr yaradılmasını, operativ məlumat mübadiləsini təmin edir, onların birgə fəaliyyətlərini təşkil edir;
  • Dini qurumların fəaliyyətinin nəzarətdə və diqqət mərkəzində saxlanmasını, dini durumun sabitliyini və dini etiqad azadlığı sahəsində qanunvericiliyin prinsiplərinin qorunmasını səlahiyyətləri daxilində təmin edir;
  • Dini qurumların sayı, təşkilati-hüquqi formaların müxtəlifliyi baxımından onların təsnifatının aparılmasını, dini qurumların rəhbərləri, üzvlərinin sayı, fəaliyyət yönümü haqqında məlumatların ümumiləşdirilməsini təmin edir;
  • Dini icmalar, onların rəhbərləri və din xadimləri ilə mütəmadi görüşlər keçirir, onların problemlərini öyrənir və həlli istiqamətində müvafiq tədbirlər görülməsini təmin edir;
  • Dini maarifləndirmə işinin və milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi məqsədi ilə ərazidə fəaliyyət göstərən dini icmalarla maarifləndirmə işinin aparılmasında, onlara metodiki dəstək göstərilməsinin həyata keçirilməsində iştirak edir;
  • Dini qurumlarla bağlı ictimai rəyi, yaşayış məntəqələri üzrə əhalinin etnik və dini tərkibini, həmçinin məzhəb nisbətini, aktiv və ya qismən fəaliyyət göstərən, fəaliyyət göstərməyən məscid, ziyarətgah və digər ibadət yerlərinin sayını və yönümünü (məzhəb, təriqət üzrə) öyrənir, təhlil edir, mənfi tendensiyaları, radikal və qeyri-ənənəvi dini cərəyanların yayılması ehtimalını müəyyənləşdirir, qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməsini təmin edir;
  • Qanunazidd fəaliyyət göstərən dini qurumların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməsi, ayrı-ayrı şəxslər tərəfindən yaradılan və tarixi-ənənəvi kökü olmayan ibadət və ziyarət yerlərinin fəaliyyəti barədə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması ilə bağlı lazımi tədbirlər görür;
  • Radikal dini cərəyanlara qarşı mübarizə məqsədilə aidiyyəti təşkilatlarla birlikdə müvafiq ərazidə yerləşən təhsil müəssisələrində və əhalinin daha çox toplaşdığı məkanlarda, həmçinin ibadət yerlərində, xüsusilə kütləvi dini ayinlərin icrası zamanı monitorinqlərin aparılmasını təşkil edir və monitorinqlər nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbir görülməsini təmin edir;
  • Radikal dini cərəyanlara mənsub şəxslərin dini icmalar yaratmaq cəhdlərinin qarşısının alınması və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə tədbirlər görülməsində iştirak edir;
  • Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışının qarşısının alınması məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbir görülməsini təmin edir;
  • Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qarşısının alınması ilə bağlı səlahiyyətləri daxilində müvafiq tədbir görülməsini təmin edir;
  • Milli-dini bayram və əlamətdar günlərin kənar müdaxilələr olmadan, milli-mənəvi dəyərlərimizə və dövlətçilik prinsiplərinə uyğun qeyd olunmasına səlahiyyətləri daxilində nəzarəti təmin edir;
  • Dövlət-din münasibətlərinin, tolerantlıq və multikulturalizm ənənələrinin təbliği sahəsində maarifləndirmə işinin aparılmasını təşkil edir;  
  • İcra hakimiyyətinin rəsmi internet saytında və sosial şəbəkələrdə dini maarifləndirmə ilə bağlı tədbirlərin işıqlandırılması və təbliğ edilməsi işini səlahiyyətləri daxilində təşkil edir;
  • Media subyektləri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların dövlətçiliyin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş cəmiyyətinin inkişafı naminə həyata keçirilən layihələrə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilməsində iştirak edir;
  • Müvafiq Komissiyanın iclaslarında dini durum, dini qurumlarla işin vəziyyəti, mövcud problemlərin həlli yollarının müəyyənləşdirilməsi və digər dini məsələlərə baxılmasını təmin edir, müvafiq təkliflər hazırlayır;
  • Şöbənin iş planının hazırlanmasında iştirak edir, iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirləri  vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasında iştirak edir;
  • Şöbəyə daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunda iştirak edir;
  • Şöbədə kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət:01.05.2024 18:00


Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;



Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office (orta səviyyədə), İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2 və ya İngilis dili-A2;


Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.


Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Telegram kanalımız