Strukturlar tərəfindən təqdim olunmuş işçi tələb formasının yoxlanılması və işə qəbul şöbəsinə göndərilməsi;
Elektron Hökümət Portalında İnsan Resursları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
Aidiyyatı şöbələrin yeni əməkdaşın işə başlaması haqqında məlumatlandırılması;
İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, qrafikə uyğun istifadənin təmin olunması, istifadə edilməmiş məzuniyyətlərin hesablanması və istifadəsinə təşviq edilməsi;
Yeni yaradılmış iş yerinin e-sosialda elan edilməsi və namizədlərin telefon zənglərinə cavab verilməsi;
İcbari sığorta əməliyyatlarının icra olunması və ödəniş üçün Mühasibatlığa təqdim olunması;
Yeni işçilərin Bitrix24 portalında və 1C ZUP KORP tətbiqində qeydiyyat prosesinin icra edilməsi;
Təhsil, analıq, qismən ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadənin uçotunun aparılması;
İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, və s.), kompensasiyaların hesablanması, 1C ZUP KORP və Bitrix24-də, elektron hökumət portalında çıxış qeydlərinin aparılması;
İş qrafiki: 5 günlük;
İş saatı: 08:30 - 17:30;
İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Xüsusi tələblər
Təhsil: Ali;
Təcrübə: İnsan Resursları əməliyyatları sahəsi üzrə minimum 2 il iş təcrübəsi olmalı;
Kompüter bacarıqları: MS Office proqramlarını (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilməli, 1C üzrə yaxşı səviyyədə istifadə bacarığı olmalı;
Azərbaycan Respublikası Əmək Qanunvericiliyi üzrə yaxşı biliklər və təcrübənin olması;
Analitik düşüncə və problem həll etmə bacarığı olmalı;
Ezamiyyətlərə hazır olmalı, B kateqoriya sürücülük vəsiqəsi olmalı.