Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması;
Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir;
Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;
Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
İş qrafiki: 6 günlük;
İş yeri: Bölgə üzrə.
Xüsusi tələblər
Təhsil: Müvafiq sahədə ali təhsil;
Təcrübə: 5 ildən çox müvafiq sahədə iş təcrübəsi;
Kompüter bacarıqları: Microsoft Office proqramları, əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad, 3DMAX);
Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür;