Problemli kreditlər üzrə mütəxəssis

Bakı

Caspian İnvest

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
  • Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;
  • Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
  • Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;
  • Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
  • Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;
  • Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;
  • Analoji işlərin təşkili üçün regionlara ezam olunması.

Xüsusi tələblər

  •  Ali təhsil
  •  Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  •  Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
  •  Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  •  İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
  •  Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;

Göstərilən tələblərə cavab verən, namizədlərin  CV-lərini “Problemli kreditler” başlığı ilə [email protected]  elektron ünvanına göndərməkləri xahiş olunur.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız