Tərcüməçi / Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş / Sənədlərlə iş və arxiv sektoru

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Elmi, texniki, ictimai-siyasi, iqtisadi və başqa xüsusi ədəbiyyatları, patent yazılarını, normativ-texniki və mal müşayiət edici sənədləri, xarici ölkələrin idarə və müəssisələri ilə olan yazışma materiallarını, eləcə də seminar, iclas, yığıncaqların materiallarını tərcümə etmək;;
  • Tərcümələrin əslini leksik, üslub və məna məzmununa dəqiq uyğunluğunu, elmi və texniki termin və qanunlara münasib qoyulmuş tələblərə riayət olunmasını təmin edərək, müəyyən olunmuş müddətdə şifahi və yazılı, tam və qısaldılmış tərcümələr etmək;
  • Tərcümə materiallarını redaktə etmək;
  • Xarici materiallar üzrə tematik xülasələrin tərtib olunmasında iştirak etmək;
  • Terminlərin vahid şəklə salınması, elm, texnika və ya iqtisadiyyatın müvafiq sahəsi üzrə tərcümənin məzmunu, anlayış və təriflərinin   təkmilləşdirilməsi işini, edilmiş tərcümələrin, annotasiya və referatların uçotunu, sistemləşməsini aparmaq;
  • Tələb olunduğu zaman xarici səfərlərə ezam olunmuş rəhbər işçilərlə birlikdə onları müşayiət edərək tərcümə xidmətlərini (şifahi və yazılı) təşkil etmək;

Xüsusi tələblər

  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis yaxşı səviyyədə tələb olunur. Rus dili arzuolunandır.
  • Məsuliyyət, Əməkdaşlıq, Çeviklik, Kreativlik, Analitik düşüncə, Araşdırma bacarığı.
  • Ali təhsil tələb olunur
  • Müvafiq sahə üzrə təcrübə müddəti - 2-3 il, Ümumi təcrübə müddəti - ən azı 4-5 il.

Müraciət üçün (CV): https://careers.azergold.az/daxil-ol
Telegram kanalımız