Elektrik verilişi xətləri üzrə elektrik montyoru ("Mingəçevir Regional Elektrik Şəbəkəsi" MMC)

Mingəçevir, Yevlax

AzərEnerji ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Yüksək gərginlikli Elektrik verilişi xətlərinin təftişi.
  • 110-500 kV-luq dəmir, dəmir-beton dayaqların yığılması, quraşdırılması, aşırımlarda naqillərin dəyişdirilməsi.
  • Elektrik Verilişi xətlərində naqillərin sallantısının normaya salınması.
  • Elektrik Verilişi xətlərində dayaqların, naqillərin, izolyatorların yoxlanılaraq yararlığının təyin edilməsi.
  • Dayaqların özüllərinin torpaqlama konturlarının gərginlik altında təmir edilməsi.
  • 110-500 kV EVX-nin trassalarının yanğından müafizə zonalarının təmizlənməsi
  • 110-500 kV gərginlikli elektrik verilişi xətlərinin xüsusi mürəkkəb təmir-quraşdırma mexanizmləri, yükqaldırıcı maşınlar, takelaj tərtibatları, müxtəlif sınaq və mühafizə vasitələri tətbiq etməklə texniki qulluğu təmiri, montaj və demontajı
  • Torpaqlama vasitələrinin qoyulması və çıxarılması
  • 2 dövrəli xətli 110-220 kV xəttin açılmış tərəfində iş
  • Dəmir-beton dayaq, özül, beton əsasların təmiri.
  • Hava xəttinə baxış keçirilməsi və qabaritlərin ölçülməsi.
  • 5 t-dək metal dayaqların və ağac dayaqların yığılması və quraşdırılması
  • 0,4 və 220 kV HX-də trassın təmizlənməsi işlərinə rəhbərlik.
  • Təmir edilən mexanizmlərin sazlanması, sınağı və yığılması
  • Müəssisənin hüquqi ünvanı- Mingəçevir şəhəri
  • Faktiki iş yeri ünvanı - Yevlax Şəbəkə sahəsinin xidməti əraziləri (Yevlax rayonunun inzibati əraziləri)
  • İş vaxtının norması- 8 saatlıq
  • Müqavilə növü - Müddətli
  • Zərərli iş şəraiti - Zərərli işə görə əlavə əmək haqqı ödənilir
  • Sığorta - İcbari tibbi sığorta olunur
  • Ezamiyyət - Ezamiyyət yoxdur

Xüsusi tələblər

  • Təhsil Pilləsi- orta və ya ali təhsil
  • İxtisası- Elektroenergetika və elektrik mühəndisliyi üzrə
  • İş təcrübəsi- 1 il
  • Sertifikatlar-Yüksək gərginlikli Elektrik Verilişi xətlərində təmir və bərpa işlərində briqada ilə işləmək bacarığı ilə bağlı sertifikatlar
  • Tələb olunan kompyuter bilik səviyyəsi-Tələb olunmur
  • Tələb olunan xarici dil bilik səviyyəsi -Tələb olunmur
  • İşə məsuliyyət, etik davranış, nizam-intizam


Namizəd bilməlidir

  • Elektrik Veriliş xətlərinə  baxış, profilaktik sınaq, mühafizə qaydaları
  • Elektrik verilişi xətlərinin istismar qaydalarını
  • Elektrik verilişi xəttinin bütün elementlərinin konstruktiv xüsusiyyətlərini
  • Verilmiş sxema üzrə bünövrə və dayaqların əsaslarının bölünməsi ilə əlaqədar olan hesablamaları
  • Dayaqların, məftil və trosların, izolyatorların, kontakt sıxıcıların, armatur və boşaldıcıların, özül və torpaqlayıcı qurğuların yararsızlıq normaları.
  • Gərginlik altında avadanlıqlardan istifadə qaydalarının müəyyənləşdirilməsi və onların mühafizə vasitələri
  • Yüksək gərginlikli elementlərdən yerin səthinə, digər avadanlıqlara qədər buraxıla bilən məsafələr
  • Təmir quraşdırma avadanlıqlarının iş prinsipi

Telegram kanalımız