Növbətçi elektrik montyoru ("Mingəçevir Regional Elektrik Şəbəkəsi" MMC)

Mingəçevir

AzərEnerji ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İstehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi ilə fasiləsiz təchizatı,
  • Y/st-dа etibarlı iş rejiminin təmin edilməsində iştirak etmək
  • Y/st rejiminin sutka ərzində düzgün aparılmasına nəzarət etmək
  • Rejimin dəyişməsi ilə əlaqədar olan sifarişlərin işlənməsində iştirak etmək.
  • Y/st üzrə yük və gərginliyin səviyyəsinin ölçülməsində iştirak etmək.
  • Sifariş və əməliyyat blanklarına əsaslanaraq y/st-dа planlı açılmalarda iştirak etmək, avadanlıqları açmaq və əməliyyatdan sonra qoşmaq.
  • Sifarişlərə əsasən avadanlıqların təmirə çıxma sxemini hazırlamaq, təmir, təftiş və sınaqdan sonra sxemi normal vəziyyətə gətirmək.
  • Operativ əməliyyatların aparılması zamanı avtomatika və mühafizənin ən qısa müddətdə işdən çıxmasını təşkil etmək
  • Y/st-nın normal və qəza sxemlərinin hazırlanmasında iştirak etmək
  • Y/st-nın ayrı-ayrı elementləri və qida mənbəyi işdən çıxan zaman qəza sxemini dəqiq yerinə yetirilməsi
  • Y/st-dа qeyri-normal rejimin aradan qaldırılması üçün bütün tədbirlərin görülməsində iştirak etmək.
  • Təlimata əsasən y/st-dа olan dəyişiklikləri tez və tam dispetçer sxemində qeyd etmək, torpaqlama və başqa şərti işarələri göstərmək
  • Növbə ərzində y/st-dа quraşdırılmış bütün avadanlıqların, cihazların və aparatların işləməsinə nəzarət etmək.
  • Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərə və siqnal vericilərin işinə nəzarət edilməsi
  • Qəza hallarının ləğv edilməsi
  • Avadanlığın təmir edilməsi
  • Növbə zamanı avadanlıqlara baxış keçirilməsi
  • Naryad-buraxılış zamanı iş yerini hazırlamaq
  • ƏM, TT, Tİ və YM qaydalarına əməl etməsi

Xüsusi tələblər

  • Yaş həddi - 22-40
  • Cins - Kişi
  • Təhsil Pilləsi - Ali
  • İxtisası - elektroenergetika və elektrik mühəndisliyi üzrə
  • İş təcrübəsi - 1 il (Sahə üzrə təhsil və ya iş təcrübəsi mütləqdir)
  • Sertifikatlar - Sahə üzrə sertifikat üstünlükdür
  • Tələb olunan kompyuter bilik səviyyəsi - MS Office
  • Tələb olunan xarici dil bilik səviyyəsi  - İngilis-dili ,Rus-dili
  • İşə məsuliyyət, etik davranış, nizam-intizam, operativ qərar vermə texniki və təşkilati tədbirləri dəqiq bilmək, gərgin iş şəraitində işləmək, , diqqətlilik


Namizəd bilməlidir

  • Elektrotexnikanın nəzəri əsasları
  • Elektrik avadanlıqlarının quruluşu və iş prinsipi, iş rejimləri və avadanlıqların xarakteristikası
  • Transformator və generator qurğularının quruluşu, iş prinsipi və texniki iqtisadi göstəricilərini
  • Qəza rejimində y/st-nın etibarlı iş rejiminin təmin edilməsi sxemini
  • Operativ açıb-qoşma əməliyatının düzgün aparılması qaydalarını
  • Enerjisistemdə qüvvədə olan TT ƏM, , TİQ və YTQ təlimatlarını
  • Elektrik sxemləri və onlarda  dəyişikliklər aparılması qaydalarını
  • Elektrik avadanlıqlarında nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılmasi üsullarını
  • Yarımstansiyanın rele mühafizəsi və avtomatika sxemlərini
  • Elektrik Stansiyalarında və yarımstansiyalarda köməkçi avadanlıqların quruluşu, iş prinsipi, iş rejimləri, xarakteristikası

Telegram kanalımız