Elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru (Bakı şəhəri)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək haqqı:3.84 azn/saatliq
  • Qeyri - istehsal təyinatlı elektrik avadanlıqlarının təmir olunması (220 - 380 V)
  • İzolyatorların silinməsi və profilaktikası
  • Elektrik naqillərin çəkilməsi
  • Kabel xətlərinə nəzarət edilməsi
  • Paylayıcı qurğuların ətrafının yad əşyalardan təmizlənməsi
  • İşıqlama sistemində təmir işlərinin aparılması və işıq lampalarının yenilənməsi
  • Torpaqlama işlərinin icrası
  • Gündəlik elektrik avadanlıqlarına baxışın keçirilməsi
  • Güc avtomatları, düymə və başladıcıların təmiri və dəyişdirilməsi
  • Çertyoj və sxem üzrə işləri yerinə yetirilməsi
  • Elektrik paylayıcı qurğularında və transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə təmir işlərinin yerinə yetirilməsi
  • Kommutasiya mübadiləsi və kommutasiya aparatlarının idarə edilməsi sxeminin yoxlanılması və onlara xidmət edilməsi
  • Elektrik avadanlıqlarının təmirdən sonra tənzimlənməsi və yoxlanılması
  • Müxtəlif sistemli və təyinatlı elektrik cihazlarının mexaniki və elektrik hissələrinin sökülməsi, mürəkkəb təmirlərin edilməsi və yığılması
  • Görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi və tullantıların idarə edilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
  • İş yerlərinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, idarə daxili intizam qaydalarına riayət edilməsi 

Xüsusi tələblər

  • Elektrik avadanlığı və kabel şəbəkələrinin sınağının aparılması metodlarını;
  • Elektrik mühərrikləri və digər xidmət edilən elektrik avadanlıqlarının sxemini;
  • Müxtəlif sistem relelərinin quruluşunu və onların yoxlanılması üsullarını, elektrik qurğularında istifadə edilən müdafiə vasitələrindən istifadə qaydalarını;
  • Yüksək tezlikli müdafiənin təyinatını və növlərini, nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını;
  • Öz peşə xüsusiyyətlərinə uyğun olaraq ƏM və TT qaydalarını, yanğın təhlükəsizliyi qaydalarını.


Telegram kanalımız