Növbətçi mühəndis (Laçın, Kəlbəcər, Ağdərə)

Laçın, Kəlbəcər, Ağdərə

AzərEnerji ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Növbə ərzində stansiyanın elektrik avadanlıqlarının fasiləsiz, etibarlı işinə cavabdeh olmaq
  • Elektrik avadanlıqlarının düzgün istismarına nəzarət etmək
  • Elektrik birləşmə sxemlərində bütün növ əməliyyatların düzgün aparılması, Hidrogeneratorların  ehtiyata saxlanması və işə buraxılması
  •  Xüsusi sərfiyyat avadanlıqlarının vaxtında qoşulub açılması, avadanlıqlarda tələb olunduqda yoxlama, təmir işləri aparmaq
  • Sabit cərəyan şəbəkəsində gərginliyin normal saxlanması, akkumulyator bateriyalarının Texniki İstismar Qaydalarına uyğun işin təmin edilməsi
  • Hidrogeneratorların  sinxronlaşdırılaraq şəbəkəyə qoşulmasını və paralel işini təmin etmək
  • Texniki Təhlükəsizlik  Qaydalarına uygun olaraq avadanlıqları təmirə çıxarmaq və iş yerlərini hazırlamaq
  • Öz növbəsinin işçiləri tərəfindən onların vəzifə təlimatlarına uyğun şəkildə avadanlıqlara vaxtında baxış keçirilməsini təmin etmək.

Xüsusi tələblər

  • Yaş həddi- 22-45
  • Cins- Kişi
  • Qarabağ bölgəsindən olan namizədlərə üstünlük veriləcəkdir.
  • Müvafiq sahə üzrə iş təcrübəsi və ya təhsil mütləqdir.
  • İş təcrübəsi- 1 ilə qədər
  • Təhsil Pilləsi- Ali
  • İxtisası- elektroenergetika və ya elektrik montyoru
  • Sertifikatlar Sahə üzrə sertifikat üstünlükdür
  • Əlavə dil biliyi üstünlükdür
  • İşə məsuliyyət, etik davranış, nizam-intizam


Namizəd bilməlidir

  • Stansiyada hidroaqreqatların hidroturbin  avadanlıqlarının istismarı üzrə təlimatları
  • Stansiyada güc transformatorlarının, yag və eleqaz açarlarının istismarı üzrə təlimatlar
  • Kompressor qurguları, havapaylayıcı şəbəkələr, texniki və yanğın su təhcizatı sistemlərinin istismarı üzrə təlimatı
  • Stansiyanın xüsusi sərfiyyat qurgularında qoyulmuş elektrik mühərriklərinin istismarı üzrə təlimatı
  • SES hgidrotexniki qurgularının istismarı üzrə təlimatı
  • SES-də hidroturbinlərin sürəttəzimləyicisinin istismarı üzrə təlimatı
  • SES-in elektrik və mexaniki hissələrində əməliyyat çevirmələri üzrə təlimatı
  • SES-də hidroturbinlərin Yag Təzyiq istismarı üzrə təlimatı
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını

Telegram kanalımız