Növbətçi elektrik montyoru (Laçın, Kəlbəcər, Ağdərə)

Laçın, Kəlbəcər, Ağdərə

AzərEnerji ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Elektrik avadanlıqlarının istismar edilməsi, onların fasiləsiz və faydalı işinin təmin ediləsi 
  • Operativ əməliyyat aparılma qaydası
  • Operativ əməliyyatların aparılması zamanı avtomatika və mühafizənin ən qısa müddətdə işdən çıxmasının təşkil edilməsi
  •  Elektrik ölçmə avadanlıqları vasitəsilə elektrik parametrlərinin ölçülməsi 
  • Elektrik sxemlərində dəyişikliklər aparılması 
  • Növbə ərzində  elektrik avadanlıqlarının, cihazların və aparatların işləməsinə nəzarət edilməsi və onların işində olan nasazlıqların aşkar edilməsi, aradan qaldırılması üçün tədbirlər görülməsi
  •  Qəza hallarının ləğv edilməsi
  • Avadanlığın təmirə çıxarılması



Xüsusi tələblər

  • Yaş həddi- 22-40
  • Cins- Kişi
  • Qarabağ bölgəsindən olan namizədlərə üstünlük veriləcəkdir.
  • Müvafiq sahə üzrə iş təcrübəsi və ya təhsil mütləqdir.
  • Təhsil Pilləsi- Ali və ya orta ixtisas
  • İxtisası- elektroenergetika mühəndisliyi və elektrik montyoru
  • İş təcrübəsi - 1 ilə qədər
  • Sertifikatlar - Sahə üzrə sertifikat üstünlükdür
  • Əlavə dil biliyi üstünlükdür
  • İşə məsuliyyət, etik davranış, nizam-intizam


Namizəd bilməlidir

  • Elektrik avadanlıqlarının quruluşu və iş prinsipi, iş rejimlərini və xarakteristikasını 
  • Elektrik stansiyaları və şəbəkələrinin Texniki İstismar Qaydalarını
  • Elektrik sxemlərini 
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılmasını
  • Operativ açıb-qoşma əməliyatının düzgün aparılması qaydalarını
  • Avadanlıqların texniki-iqtisadi göstəricilərini 
  • Elektrik Stansiyalarında və yarımstansiyalarda köməkçi avadadanlıqların quruluşu və iş prinsipi, iş rejimləri, xarakteristikasını

Telegram kanalımız